Noyabrın 9-da Yaponiyanın “Kansay” aeroportunun uçuş-enmə zolaqları ərazidə uçan drona görə növbəti dəfə bağlanıb.Azərtac xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.Xatırladaq ki, bu, həftə ərzində baş verən ikinci belə hadisədir. Belə ki, noyabrın 7-dən 8-nə keçən gecə beynəlxalq aeroportun operatoru naməlum uçan obyektə görə uçuş-enmə zolaqlarını bağlamaq məcburiyyətində qalmışdı. Həmin gün təqribən 30 reys ya təxirə salınmış, ya da digər aeroportlara yönəldilmişdi.Bildirilir ki, aeroportun təhlükəsizlik xidmətinin polislə birlikdə apardığı araşdırmalar hələlik heç bir nəticə verməyib. Eyni zamanda, həmin gün aeroportun təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlərin görülməsi qərara alınıb.Qeyd edək ki, “Kansay” aeroportu “Narita” və “Haneda” aeroportlarından sonra Yaponiyanın üçüncü ən böyük beynəlxalq aeroportudur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…