ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) “Lunar Reconnaissance Orbiter” (LRO) orbital stansiyası sentyabrda Yerin təbii peykinə endiyi zaman qəzaya uğrayan Hindistanın “Vikram” kosmik aparatının qalıqlarını Ayın səthində aşkar edib.Azərtac NASA-nın saytına istinadla xəbər verir ki, agentlik Hindistan kosmik aparatının Ayın səthinə çırpıldığı yerin fotoşəklini yayıb.Xatırladaq ki, sentyabrın 7-də Hindistan Ay missiyasını yerinə yetirən özünün “Chandrayaan-2” pilotsuz kosmik gəmisi və “Vikram” aparatı ilə əlaqəni Yerin təbii peykinin səthindən 2 kilometr hündürlükdə itirib. Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) hər ötən saat kosmik aparatın batareyasının tükəndiyini, bir neçə gündən sonra modulun işləməsi üçün heç bir gücünün qalmayacağını bildirmişdi. İndi məlum olub ki, kosmik aparat Ayın səthinə çırpılaraq parçalanıb. O, Yerin təbii peykinə “Praqyan” lunoxodunu çatdırmalı idi. “Chandrayaan-2” pilotsuz kosmik gəmisi isə bu gün də orbitdə fəaliyyətini davam etdirir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…