NATO-nun 70 illiyinə həsr edilmiş tədbir ləğv olunub

9 Dekabr 2019 13:18

Xəbər 588 dəfə oxunub

NATO-nun 70 illiyi münasibətilə Danimarkada keçirilməsi nəzərdə tutulan tədbir gözlənilmədən onun təşkilatçısı – Atlantika müqaviləsinin Danimarka Assosiasiyası tərəfindən ləğv edilib. Buna səbəb o olub ki, ABŞ-ın Danimarkadakı səfirliyi öz narazılığını bildirib.Azərtac Danimarka KİV-lərinə istinadla xəbər verir ki, ABŞ-ın Danimarkadakı səfiri Karla Sends bazar günü Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki, ABŞ-ın indiki siyasətini tənqid etməsi ilə məşhurlaşmış politoloq Stenli Sloanın həmin tədbirdə çıxış edəcək şəxslərin konfrans başlanana qədər hazırlanmış siyahısından çıxarılmasını tələb edib.Atlantika müqaviləsinin Danimarka Assosiasiyasının baş katibi Lars Banqert Struve deyib: “Biz heç vaxt şübhə etmirdik ki, Stenli Sloan bizim konfransda obyektiv çıxış edəcək. Məhz bu səbəbdən, ABŞ səfiri Stenli Sloanın iştirakının ləğv olunmasını tələb edənə qədər biz onu iştirakçı kimi saxlayırdıq”.Məruzəçi Stenli Sloanın çıxışı ləğv ediləndən sonra Danimarka təşkilatı bütün tədbirin ləğv olunması barədə qərar qəbul edib.Qeyd edək ki, dekabrın 10-da başlanması nəzərdə tutulan bu tədbirin təşkilatçıları Atlantika müqaviləsinin Danimarka Assosiasiyası və ABŞ-ın Danimarkadakı səfirliyi idi.xeber100.com

Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub

Fevralın 5-də Londonda Beynəlxalq Avtomobil Federasiyasının (FIA) biryerlik maşınlarında yürüş üzrə direktoru Nikolas Tombasisin və Formula 1-in prezidenti Stefano Domenikalinin sədrliyi ilə Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub. Xarici media xəbər verir ki, iclasda bir sıra məsələlər nəzərdən keçirilib, o cümlədən 2024-cü ildən qüvvəyə minəcək sprintli yürüş uik-endinin yeni formatı təsdiqlənib. Yeni format bu şəkildədir: cümə günü sprintdən əvvəl yeganə məşq və təsnifat. Şənbə günü sprint və yürüşdən əvvəl əsas təsnifat, bazar günü isə yürüş. Bu dəyişikliklər FIA-nın fevralın 28-də keçiriləcək Ümumdünya Şurasında rəsmi şəkildə təsdiqlənməlidir. Komissiyanın iclasında texniki və idman reqlamentlərinə də dəyişikliklər olunub. 2024-2025-ci illərdə bir pilot üçün mövsüm ərzində güc qurğularının sayının artırılaraq dördə çatdırılması təklifi bəyənilib. Eləcə də yürüş zamanı DRS-ni (Drag Reduction System – ön müqavimətin azaldılması sistemi) startdan bir dövrə vurduqdan və yaxud təhlükəsizlik avtomobili trasdan çıxdıqdan sonra restartın ardınca aktivləşdirmək mümkündür. Вundan əvvəl yalnız iki dövrədən sonra DRS-nin istifadəsinə icazə verilirdi. Bundan başqa, Formula 1 Komissiyası 2026-cı ilin reqlamentinə dair bir sıra mövzuları, xüsusən maliyyə və dayanıqlı inkişaf məsələlərini müzakirə edib. 2024-cü il üçün texniki, idman və maliyyə reqlamentlərinə də cüzi dəyişikliklər edilib.xeber100.com

Fevral 6, 2024 14:51

“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 22 “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb. “SpaceX” kompaniyasının məlumatına görə, “Falcon 9” yanvarın 23-də ABŞ-ın Sakit Okean sahilləri vaxtı ilə saat 16:35-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kaliforniya ştatında yerləşən Vandenberq bazasından start götürüb. Daşıyıcı raketin artıq 16-cı dəfədir istifadə olunan birinci pilləsi Sakit okeandakı “Of Course I Still Love You” dəniz platformasına eniş edib. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,7 mindən çox peyk buraxıb. Onların bəziləri sıradan çıxıb, 5,3 mindən çoxu isə işlək vəziyyətdədir. Kompaniyanın layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadə edirlər. Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın kosmik aparat çıxarmaq niyyətindədir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.xeber100.com

Yanvar 24, 2024 11:42