Bu gün dünya ictimaiyyəti Beynəlxalq İnsan Hüquqları Gününü qeyd edir. Azərtac BMT-nin saytına istinadla xəbər verir ki, 2019-cu ildə bu əlamətdar gün “Öz hüquqların uğrunda mübarizə apar” şüarı ilə keçirilir.Beynəlxalq İnsan Hüquqları Günü 71 il əvvəl – 1948-ci ildə BMT Baş Assambleyasında Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsi münasibətilə təsis edilib. İnsan hüquqları tarixinin əlamətdar hadisəsi olan və mətni 500-dən çox dilə tərcümə edilən bu sənəddə hər kəsin anadangəlmə sahib olduğu əsas hüquqlar bəyan olunub. Bəyannamədə əksini tapan prinsiplər bu gün də aktualdır.BMT qeyd edir ki, ötən 71 il ərzində Ümumdünya İnsan Hüquqları Bəyannaməsində əks olunan insan hüquqları anlayışının təsiri inqilabi səviyyədə olub. Bu sənəd qlobal səviyyədən tutmuş, milli və regional çərçivələrə qədər siyasət sənədlərinə, konstitusiyalara nüfuz edib. Bəyannamə qadınların cəmiyyətin siyasi, iqtisadi və sosial həyatında tam iştirakına şərait yaradıb, irqçilik, ksenofobiya və dözümsüzlüklə mübarizəyə təkan verib, daha ədalətli dünyanın təməlini qoyub. Bundan başqa, 2019-cu il noyabrın 20-də Uşaq Haqları Konvensiyasının da 30 illiyi qeyd olunub.Ümumdünya İnsan Hüquqları Bəyannaməsi müasir dövrdə insan hüquqları üzrə qanunvericiliyin təkmilləşməsində və insan hüquqları ilə bağlı mühüm beynəlxalq sazişlərin bağlanmasında önəmli rol oynayıb və insan hüquqları ilə bağlı yeni alətləri stimullaşdırmağa da davam edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…