Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) bəyan edib ki, Misir hökumətinin səyləri nəticəsində bu ölkənin ərazisindən Avropaya qeyri-leqal miqrasiya tamamilə dayanıb.Azərtac “Egypttoday” portalına istinadla xəbər verir ki, təşkilatın Qahirədəki missiyasının rəhbəri Loren de Bok Misir Prezidenti Əbdülfəttah əs-Sisinin “Həyat xilas edən qayıqlar” (“Life Saving Boats”) təşəbbüsü və misirli gənclər üçün yaradılan yeni iş yerləri sayəsində bu ölkənin vətəndaşlarının Avropaya qeyri-leqal missiyasının qarşısının alındığını bildirib. Onun sözlərinə görə, IOM bu sahədə Misir hökuməti ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərib. “Misir hökumətinin səyləri nəticəsində bu 2016-cı ilədək minlərlə qanunsuz miqrantı əhatə edən bu göstərici artıq sıfıra enib”, -deyə təşkilatın nümayəndəsi əlavə edib.Qeyd olunub ki, Misir Prezidentinin göstərişinə əsasən Miqrasiya naziri Nabila Makram ölkənin Beheyra əyalətində qanunsuz miqrasiyanın qarşısının alınması ilə bağlı layihənin növbəti mərhələsini həyata keçirir. Prezident əs-Sisi ötən ilin dekabrında Şarm əl-Şeyxdə keçirilən Dünya Gənclər Forumunun bağlanış mərasimində Beynəlxalq İnsan Haqları Şurasının da bu sahədə Misirin səylərinə verdiyi yüksək qiyməti vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Qahirə bu məsələdə Avropa İttifaqından heç bir yardım almayıb və bütün işləri öz vəsaiti hesabına görüb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…