İyulun 7-da Bakıda Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə beynəlxalq “Yay hüquq məktəbi”nin açılış mərasimi keçirilib. Azərtac xəbər verir ki, iyulun 12-dək davam edəcək “Yay hüquq məktəbi” Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının və beynəlxalq hüquq mərkəzinin dəstəyi ilə təşkil olunur. Mərasimdə ELSA beynəlxalq təşkilatının Azərbaycan nümayəndəliyinin prezidenti Faiq Ömərov, Prezident yanında Gənclər Fondunun sədri Fərhad Hacıyev, Komissiyanın nümayəndəsi Kamal Cəfərov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar. F.Hacıyev iştirakçılara rəhbərlik etdiyi qurum və ölkəmizdə həyata keçirilən uğurlu dövlət gənclər siyasəti haqqında məlumat verib. Fondun dəstəklədiyi təşkil olunan layihələrdən danışan F.Hacıyev qeyd edib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində hazırda Azərbaycanda istedadlı, vətənpərvər və intellektual gənclər yetişir, onlar ölkəmizin inkişafında və təbliğində fəal rol oynayırlar. “ASAN xidmət”in əməkdaşı Elnur Hümbətov Azərbaycanın brendi olaraq tanınan “ASAN xidmət” mərkəzlərinin yaradılması və onların əhaliyə keyfiyyətli xidmətlər göstərilməsinə yönəlmiş fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verib. Tədbirdə, həmçinin qeyd olunub ki, “Yay hüquq məktəbi” Azərbaycan ilə yanaşı, Avropanın 30 ölkəsindən 75 gənc hüquqşünas tələbənin iştirakı ilə keçirilir. Yay məktəbində azərbaycanlı mütəxəssislər tərəfindən beynəlxalq hüquq normaları ilə bağlı müxtəlif seminarlar tədris ediləcək, son zamanlar ölkəmizdə biznes mühitinin təkmilləşdirilməsi, eləcə də məhkəmə-hüquq islahatları ilə bağlı həyata keçirilən tədbirlər müzakirə olunacaq. Həmçinin iştirakçıların Milli Məclisə, Ali Məhkəməyə və “ASAN xidmət” mərkəzinə tanışlıq səfərləri nəzərdə tutulur. Eyni zamanda, Azərbaycanın tarixi və mədəniyyəti ilə tanışlıq məqsədilə iştirakçıların Heydər Əliyev Mərkəzinə, YARAT Müasir İncəsənət Məkanına, Xalça Muzeyinə, Qız qalasına ziyarətləri təşkil ediləcək. Qeyd olunub ki, beynəlxalq “Yay hüquq məktəbi”nin təşkili azərbaycanlı və xarici hüquqşünas tələbələr arasında fikir mübadiləsinə və yeni əməkdaşlıq imkanlarının yaradılmasına şərait yaradacaq. Həmçinin azərbaycanlı tələbələrin Avropa ölkələrində oxşar tədbirlərdə iştirakını təmin edəcək. Həmçinin diqqətə çatdırılıb ki, ELSA beynəlxalq təşkilatının Azərbaycan nümayəndəliyinin fəaliyyəti nəticəsində ölkəmizdə bir neçə uğurlu beynəlxalq və yerli layihələr həyata keçirilib. Təşkilatın dəstəyi ilə azərbaycanlı hüquqşünas tələbələr xaricdə təcrübə keçiblər. Avropanın 42 ölkəsində fəaliyyət göstərən ELSA beynəlxalq təşkilatı 230 universitetdə təhsil alan 40 mindən çox hüquqşünas tələbəni və gənc hüquqşünası sıralarında birləşdirir. Təşkilatın məqsədi Avropada gənc hüquqşünas tələbələr arasında təhsil-mübadilə imkanlarının genişləndirilməsinə, cəmiyyətin inkişafında onların fəal iştirakının təşviq edilməsinə, nəzəri biliklərinin praktiki tətbiqinə nail olmaqdır. Azərbaycan 2010-cu ildə ELSA beynəlxalq təşkilatına üzv olub. Ölkəmiz hazırda bu qurumun ən fəal üzvlərindən biridir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…