Almaniyanın məhşur avtomobil istehsalçısı “Volkswagen Group”un Çindəki satışları ilin birinci rübündə ötən ilin eyni dövr ilə müqayisədə 35,1 faiz azalıb.Azərtac xəbər verir ki, “Volkswagen Group China” və onun 3 birgə müəssisəsi bu dövrdə Çinin materik hissəsində və Honkonq xüsusi inzibati bölgəsində bazara ümumilikdə 613 min 900 avtomobil çıxarıb. “Volkswagen Group China”nın idarə heyətinin sədri Stefan Vollenşteyn bildirib ki, şirkət Çinin avtomobil bazarının tezliklə bərpa olunacağına və yayın əvvəlində normal vəziyyətə qayıdacağına ümid edir.Şirkətin Çindəki müəssisələrinin fəaliyyətini 75 faiz bərpa etdiyini bildirən Stefan Vollenşteyn, ölkədə təxminən 2 min diler şəbəkəsinin hamısının işə başladığını və satışların getdikcə yüksəldiyini deyib. “Volkswagen Group”un Çindəki investisiya proqramı dəyişməyib, cari il üçün nəzərdə tutulan 4 milyard avroluq layihələrin icrası davam edəcək.Qeyd edək ki, Çin bazarına 1978-ci ildə daxil olan “Volkswagen”in ilk birgə müəssisəsi 1984-cü ildə, ikincisi isə 1990-cı ildə yaradılıb. “Volkswagen”, “Audi”, “SEAT”, “ŠKODA”, “Bentley”, “Bugatti”, “Lamborghini”, “Porsche”, “Ducati”, “Scania” və “MAN” brendlərinin sahibi olan “Volkswagen” konserni, həm də Çində birgə müəssisə yaradan ilk xarici avtomobil istehsalçısıdır. Ötən il Çində yerli istehsal avtomobillərin satışında “Volkswagen Group” birinci olub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…