Yaponiya hökuməti fövqəladə vəziyyət rejiminin ləğvi məsələsini hər həftə mütəxəssislərlə müzakirə etməyi planlaşdırır.Azərtac xəbər verir ki, bu barədə Yaponiya İqtisadiyyatın Bərpa naziri Nişimura Yasutoşi məlumat verib.Həmçinin koronavirusla mübarizəyə cavabdeh olan N.Yasutoşi Yaponiyanın nəhəng işgüzar assosiasiyalarının liderləri və prefekturaların nümayəndələri ilə keçirilən telekonfrans zamanı onları insanlar arasında təmasları azaltmaq yolu ilə koronavirusun yayılmasının qarşısını almaq üçün işbirliyinə çağırıb.Nazir əlavə olaraq bildirib ki, o, mayın 14-də və 21-də fövqəladə vəziyyət rejiminin aradan qaldırılması, hər bir prefekturada iqtisadi və ictimai fəaliyyətin bərpası məqsədilə məhdudiyyətlərin yumşaldılması üçün mütəxəssislərin rəyini dinləyəcək.Bu zaman koronavirusa yoluxanların sayı, yerli səhiyyə sisteminin vəziyyəti və virus testlərinin miqdarı kimi göstəricilər əsas götürüləcək. Bu məsələlərlə əlaqədar rəqəmlərin rəsmi nümayəndələr tərəfindən təqdim ediləcəyi bildirilir.Əlavə olaraq qeyd edək ki, mayın 7-də yerli vaxtla saat 11:30-a olan son məlumatlara əsasən, Yaponiyada koronavirusa yoluxanların sayı 16 min 189 nəfər təşkil edib. Onlardan 5 min 569 nəfərin sağaldığı, 590 nəfərin isə öldüyü bildirilir. Bununla yanaşı, 312 nəfərin vəziyyətinin çox ağır olduğu vurğulanır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…