ABŞ-dakı aktiv neft-qaz qazma qurğularının sayı azalır.Azərtac xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 34 ədəd azalaraq 374 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 614 ədəd geriləyib.Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 33 ədəd azalaraq 292 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 513 ədəd azalma qeydə alınıb.Aktiv qaz qazma qurğularının sayı isə 1 ədəd azalaraq 80 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 103 ədəd azalıb. İki qazma qurğusu isə müxtəlif təyinatlı olub.Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma – 316-ya düşüb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…