Bu gün Yaponiya hökuməti ölkənin 47 prefekturasından 39-da koronavirus pandemiyasına görə tətbiq edilən fövqəladə vəziyyət rejiminin aradan qaldırılması barədə qərar qəbul edəcək.Azərtac Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu, aprelin 7-dən tətbiq edilən məhdudiyyətlərin ilk yumşaldılması olacaq. Bildirilir ki, hökumət ilkin olaraq vəziyyətin daha sabit olduğu 34 prefekturada fövqəladə vəziyyət rejimini aradan qaldırmağı planlaşdırırdı. Lakin sonradan bu siyahıya “xüsusi diqqət tələb edən” statusuna malik daha beş prefekturanın əlavə olunması qərara alınıb. Yumşaldılmanın əsasən sənaye müəssisələrinin yerləşdiyi mərkəzi Aiçi, qərbi Kioto və cənub-qərbi Fukuoka prefekturalarını əhatə etməsi nəzərdə tutulur.Bununla yanaşı, fövqəladə vəziyyət rejiminin Tokio və ona yaxın Kanaqava, Saytama və Çiba prefekturalarında davam etdiriləcəyi bildirilir. Məhdudlaşdırıcı tədbirlər, həmçinin Kioto, Osaka, Hyoqo və Hokkaydo prefekturalarını da əhatə edəcək.Fövqəladə vəziyyət rejiminin ləğvi ilə bağlı hökumət tərəfindən qərar mütəxəssislərin rəyi nəzərə alınaraq qəbul ediləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…