Sərhəd-keçid məntəqələrində təhlükəsizlik tədbirləri

10 Fevral 2016 14:21

Xəbər 1732 dəfə oxunub

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyasına indiyədək daxil olan 300-dək nümunə üzərində aparılan müayinələr nəticəsində H1N1 virusu aşkarlanmayıb, bu qripə şübhəli hal müəyyən edilməyib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hazırda Azərbaycanda epidemioloji durum stabildir və daim nəzarətdədir: “Amma bütün sərhədyanı ölkələrdə gərgin epidemioloji vəziyyətin davam etməsi Azərbaycan üçün real təhlükə sayılır. Ona görə də profilaktik, müalicəvi və əks-epidemioloji tədbirlər həyata keçirilir, ağır kəskin respirator xəstəliklərin dezinfeksiya rejiminə ciddi riayət edilməsinə nəzarət gücləndirilib. Ölkəmizin sərhəd-keçid məntəqələrində lazımi təhlükəsizlik tədbirləri həyata keçirilir. Yəni ölkə ərazisinə gələn bütün nəqliyyat vasitələri dezinfeksiya olunur. Xəstəlik qeydə alınan ölkələrdən Azərbaycana gələn insanlar sərhəd-keçid məntəqələrində müayinədən keçirilirlər. Şübhəli hal olduqda həmin şəxslər müşahidə altında saxlanılırlar”.

Nazirlikdən o da qeyd edilib ki, Azərbaycanda bu virus aşkarlanarsa, müalicənin aparılması üçün lazımi şərait, kifayət qədər dərman ehtiyatı var.  Qeyd edək ki, “donuz qripi” təhlükəsi ilə əlaqədar hazırda Azərbaycanın 4 böyük şəhərində – Bakı, Sumqayıt, Gəncə və Mingəçevirdəki təhsil müəssisələri dezinfeksiya edilir.  Azərbaycanda 3 tibb müəssisəsində – Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda, 7 saylı Uşaq Yoluxucu Xəstəxanasında və Kliniki Tibbi Mərkəzdə xüsusi palatalar hazırlanıb.

 

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05