Yer kürəsini internetlə təmin edəcək yeni layihəyə start verildi

9 İyul 2016 20:48

Xəbər 957 dəfə oxunub

“Facebook” şirkəti Yer kürəsinin bütün guşələrini internetlə təmin edəcək yeni layihəni işə salıb.  “ictnews.az” xəbər verir ki, şirkət yeni simsiz rabitə sistemi hazırlayıb. “OpenCellar” adlanan qurğu planetin istənilən guşəsində şəbəkəyə çıxış nöqtəsi yaratmaqla bir sıra üstünlüklərə malikdir. Məsələn, qurğu lokal şəbəkənin yaradılmasından tutmuş, “2G” və “LTE” kimi şəbəkələrə çıxış kimi geniş kommunikasiya imkanlarına malikdir. “OpenCellar” qurğusunun əsas fərqləndirici cəhəti onun lazımi yenilənmə və yoxlama proqram təminatı ilə yanaşı, rabitə operatorlarına, sahibkar və avadanlıq istehsalçılarına platforma əsasında lokal şəbəkə yaradaraq, onu sazlamağa və uğurlu tətbiqinə imkan verən açıq texniki və başlanğıc şəbəkə kodlarına malik olmasındadır. “Facebook” və “Telecom Infra Project” (TIP) şirkətləri birlikdə gələcəkdə platformanı təkmilləşdirməyə kömək edəcək şəbəkə texnologiyaları ətrafında böyük birlik yaradaraq onu inkişaf etdirmək niyyətindədir. Qeyd olunub ki, 2015-ci ilin sonunda 4 milyarddan çox insan internetə qoşulmaq imkanından məhrum olub, Yer kürəsi əhalisinin 10 faizi isə mobil rabitə şəbəkəsinin əhatə dairəsindən kənarda qalıb. “Facebook” qurğuların ucuzluğu və komplekt hissələrini hər yerdə əldə etməyin mümkünlüyü sayəsində bu problemi həll etmək niyyətindədir.xeber100.com

Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub

Fevralın 5-də Londonda Beynəlxalq Avtomobil Federasiyasının (FIA) biryerlik maşınlarında yürüş üzrə direktoru Nikolas Tombasisin və Formula 1-in prezidenti Stefano Domenikalinin sədrliyi ilə Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub. Xarici media xəbər verir ki, iclasda bir sıra məsələlər nəzərdən keçirilib, o cümlədən 2024-cü ildən qüvvəyə minəcək sprintli yürüş uik-endinin yeni formatı təsdiqlənib. Yeni format bu şəkildədir: cümə günü sprintdən əvvəl yeganə məşq və təsnifat. Şənbə günü sprint və yürüşdən əvvəl əsas təsnifat, bazar günü isə yürüş. Bu dəyişikliklər FIA-nın fevralın 28-də keçiriləcək Ümumdünya Şurasında rəsmi şəkildə təsdiqlənməlidir. Komissiyanın iclasında texniki və idman reqlamentlərinə də dəyişikliklər olunub. 2024-2025-ci illərdə bir pilot üçün mövsüm ərzində güc qurğularının sayının artırılaraq dördə çatdırılması təklifi bəyənilib. Eləcə də yürüş zamanı DRS-ni (Drag Reduction System – ön müqavimətin azaldılması sistemi) startdan bir dövrə vurduqdan və yaxud təhlükəsizlik avtomobili trasdan çıxdıqdan sonra restartın ardınca aktivləşdirmək mümkündür. Вundan əvvəl yalnız iki dövrədən sonra DRS-nin istifadəsinə icazə verilirdi. Bundan başqa, Formula 1 Komissiyası 2026-cı ilin reqlamentinə dair bir sıra mövzuları, xüsusən maliyyə və dayanıqlı inkişaf məsələlərini müzakirə edib. 2024-cü il üçün texniki, idman və maliyyə reqlamentlərinə də cüzi dəyişikliklər edilib.xeber100.com

Fevral 6, 2024 14:51

“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 22 “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb. “SpaceX” kompaniyasının məlumatına görə, “Falcon 9” yanvarın 23-də ABŞ-ın Sakit Okean sahilləri vaxtı ilə saat 16:35-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kaliforniya ştatında yerləşən Vandenberq bazasından start götürüb. Daşıyıcı raketin artıq 16-cı dəfədir istifadə olunan birinci pilləsi Sakit okeandakı “Of Course I Still Love You” dəniz platformasına eniş edib. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,7 mindən çox peyk buraxıb. Onların bəziləri sıradan çıxıb, 5,3 mindən çoxu isə işlək vəziyyətdədir. Kompaniyanın layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadə edirlər. Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın kosmik aparat çıxarmaq niyyətindədir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.xeber100.com

Yanvar 24, 2024 11:42