Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində olan düşmənin növbəti təxribatı sadəcə ölkəmizİ deyil, o cümlədən dünya ölkələrində yaşayan, Azərbaycan maraqlarının qorunmasında rol oynayan diaspor təçkilatlarını da narahat etməyə başladı.
İctimai fəal, Niderland Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli Azərbaycan dövlətinə, ordusuna kömək məqsədilə düşmən təxribatına qarşı mübarizə aparan diaspor rəhbərləri sırasındadır.
E.Mirhəşimli xeber100.com saytına bu barədə danışaraq qeyd etdi ki, Niderland Azərbaycan Evi olaraq bu istiqamətdə fəaliyyətlərinbi daha da gücləndiriblər: “Yerli medya, təşkilat və siyasi partiyalara hazırkı durum barədə məktublar ünvanladıq, maarifləndirmə işlərinə başladıq. Bu yaxınlarda bəzi siyasi partiyalarla görüşlərimiz gözlənilir. Niderland xarici işlər nazirliyinə müraciət edərək Ermənilərin işğalçı siyasətinə, torpaqlarımızın işğal olunmasina münasibət bildirilməsini istəmişik”.
Yeri gəlmişkən, 17 iyul Niderlandda fəaliyyət göstərən butun Diaspora təşkilatları bir araya gələrək Niderland Parlamenti qarşısında etiraz mitinqi keçirərək ermənilərin işğalçı siyasətinə son qoyulmasına qarşı məktub ünvanlamaqla yanaşı, Erməni səfirliyinə də bəyanat göndərilib.
E.Mirhəşimlio bildirir ki, ermənilərin 18 iyul tarixində Niderlandda Azərbaycan səfirliyinin qarşısında etiraz mitinqi keçirəcəyinə dair məlumat əldə ediblər: “ Siyasi baxışından asdılı olmayaraq Niderlandda yaşayan bütün həmyerlilərimizi dövlət sərhədimizi qorumağa səslədik. Almaniyada, Belçikada, Niderlandda yashayan yüzlərlə həmyerlilərimiz ermənilərə qarşı olan etiraz səsimizə səs verdilər, ölkəmizə qarşı etiraz şüarlarının səslənməsinə imklan vermədilər. Bunların şahidi olan ermənilər bizə qarşı daha sərt mövqe tutaraq mane olmağa çalışdılar. Holland polisi həmin mıəqama müadixlə edərək ermənilərin qarşısını almağa müvəffəq oldular”.
O da qeyd olunur ki, ermənilər Azərbaycan səfirliyinin qarşısında Asala terror təşkilatının geyim və palakatları ilə iştirak ediblər ki, bu da diplomatlarımıza qarşı təhdid kimi səslənib: “Bildiyiniz kimi Asala terror təşkilatı Avropada Türk diplomatlarına qarşı terror aktı keçirmişdilər. 22 iyul ermənilər Brüsseldəki Azərbaycan səfirliyi qarşısında mitinq etməyə cəhd etsələr də burada da Azərbaycan bayrqaları ilə qarşılaşdılar və bunun nəticəsidir ki, hər zamankı kimi 10-15 qruplara ayrılaraq xaincə hücuma keçdilər. Ermənilərə havadarlıq edənlər erməni faşizmini dəstəkləməkdə davam edir. Bütün bunları nəzərə alaraq bildirirəm ki, Qarabağa gedən yol milli birlikdən keçir. Bir olma zamanıdır. Biz Niderland Azərbaycan Evi olaraq bütün təşkilatlarla mübarizəyə, təbliğata davam edirik”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…