Londonun “Heathrow” aeroportu yeni layihəyə start verəcək

29 İyul 2020 16:58

Xəbər 1734 dəfə oxunub

Londonun “Heathrow” aeroportu yay turizm mövsümünü xilas etmək üçün yaxın günlərdə sərnişinlərin koronavirus testindən keçirilməsi üzrə layihəyə start verəcək.Azərtac xəbər verir ki, bu barədə Böyük Britaniyanın ən iri hava limanının icraçı direktoru Con Holland-Key “The Daily Telegraph” qəzetinə müsahibəsində bildirib.Onun sözlərinə görə, iki həftədən sonra “Heathrow” ölkəyə daxil olan sərnişinlərin iş rejimində testdən keçirilməsinə başlaya bilər. Bir testin qiyməti 150 avro təşkil edəcək. Əgər testin cavabları mənfi nəticələnsə, 5-8 gündən sonra təkrar test keçiriləcək. Beləliklə, insan orqanizmində koronavirus aşkarlanmasa, Birləşmiş Krallıq hökumətinin müəyyən etdiyi iki həftəlik karantin rejimi iki dəfə azaldıla bilər.Con Holland-Key ölkə hökumətinin də bu prosesi başlamaqda maraqlı olduğunu deyib.İyulun 25-də Böyük Britaniyanın Nəqliyyat Nazirliyi İspaniyadan gələnlər üçün yenidən iki həftəlik məcburi karantin rejiminin tətbiq olunacağını elan edib. Birləşmiş Krallıq koronavirus pandemiyası dövründə Avropanın sərhədləri bağlamayan azsaylı dövlətlərindən biridir. Bununla yanaşı, xaricdən ölkəyə daxil olan şəxslər 14 günlük izolyasiya rejiminə əməl etməlidir.xeber100.com

Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub

Fevralın 5-də Londonda Beynəlxalq Avtomobil Federasiyasının (FIA) biryerlik maşınlarında yürüş üzrə direktoru Nikolas Tombasisin və Formula 1-in prezidenti Stefano Domenikalinin sədrliyi ilə Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub. Xarici media xəbər verir ki, iclasda bir sıra məsələlər nəzərdən keçirilib, o cümlədən 2024-cü ildən qüvvəyə minəcək sprintli yürüş uik-endinin yeni formatı təsdiqlənib. Yeni format bu şəkildədir: cümə günü sprintdən əvvəl yeganə məşq və təsnifat. Şənbə günü sprint və yürüşdən əvvəl əsas təsnifat, bazar günü isə yürüş. Bu dəyişikliklər FIA-nın fevralın 28-də keçiriləcək Ümumdünya Şurasında rəsmi şəkildə təsdiqlənməlidir. Komissiyanın iclasında texniki və idman reqlamentlərinə də dəyişikliklər olunub. 2024-2025-ci illərdə bir pilot üçün mövsüm ərzində güc qurğularının sayının artırılaraq dördə çatdırılması təklifi bəyənilib. Eləcə də yürüş zamanı DRS-ni (Drag Reduction System – ön müqavimətin azaldılması sistemi) startdan bir dövrə vurduqdan və yaxud təhlükəsizlik avtomobili trasdan çıxdıqdan sonra restartın ardınca aktivləşdirmək mümkündür. Вundan əvvəl yalnız iki dövrədən sonra DRS-nin istifadəsinə icazə verilirdi. Bundan başqa, Formula 1 Komissiyası 2026-cı ilin reqlamentinə dair bir sıra mövzuları, xüsusən maliyyə və dayanıqlı inkişaf məsələlərini müzakirə edib. 2024-cü il üçün texniki, idman və maliyyə reqlamentlərinə də cüzi dəyişikliklər edilib.xeber100.com

Fevral 6, 2024 14:51

“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 22 “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb. “SpaceX” kompaniyasının məlumatına görə, “Falcon 9” yanvarın 23-də ABŞ-ın Sakit Okean sahilləri vaxtı ilə saat 16:35-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kaliforniya ştatında yerləşən Vandenberq bazasından start götürüb. Daşıyıcı raketin artıq 16-cı dəfədir istifadə olunan birinci pilləsi Sakit okeandakı “Of Course I Still Love You” dəniz platformasına eniş edib. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,7 mindən çox peyk buraxıb. Onların bəziləri sıradan çıxıb, 5,3 mindən çoxu isə işlək vəziyyətdədir. Kompaniyanın layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadə edirlər. Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın kosmik aparat çıxarmaq niyyətindədir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.xeber100.com

Yanvar 24, 2024 11:42