Yaponiyanın “Nikkei” qəzeti yazır…

16 Avqust 2020 14:15

Xəbər 1443 dəfə oxunub

ABŞ yaxın gələcəkdə orta mənzilli raketlərini Yaponiya da daxil olmaqla, Asiya regionunda yerləşdirməyi planlaşdırır.Azərtac xəbər verir ki, bu barədə Yaponiyanın “Nikkei” qəzeti avqustun 16-da ABŞ Prezidentinin silahlanmaya nəzarət üzrə xüsusi nümayəndəsi Marşall Bilinqsliyə istinadla məlumat yayıb.“Bu, müdafiənin elə bir formasıdır ki, Yaponiya kimi ölkələr gələcəkdə ona ehtiyac duyacaqlar”, – deyə M.Bilinqsli bildirib.Xüsusi nümayəndə, həmçinin qeyd edib ki, ABŞ Asiyadakı tərəfdaşları ilə nüvə potensialını artırmaqda davam edən Çin tərəfindən artan təhdidlər barədə danışıqlar aparmaq və bunun qarşısını almaq üçün lazım olan müdafiə imkanlarını müzakirə etmək istəyir.M.Biliqslinin sözlərinə görə, hazırda ABŞ-da hipersəs silahının hazırlanması üçün bir neçə istiqamətdə iş aparılır.Xüsusi nümayəndənin sözlərini sitat gətirən qəzet yazır: “Müdafiə qüdrətini sabitləşdirən bu vasitələr Asiya-Sakit okean regionunda bizim dostlarımızın, tərəfdaşlarımızın və müttəfiqlərimizin müdafiəsınə zəmanət verəcək və Çinin hərbi şantajdan istifadəsinin qarşısını alacaq”.Qeyd edək ki, Yaponiya KİV-ləri bu ərəfədə ABŞ-ın Orta və Qısa Mənzilli Raketlərin Ləğvi Barədə Müqavilədən çıxmasından sonra Yaponiya tərəfi ilə orta mənzilli yeni raketlərin yerləşdirilməsinə dair məsləhətləşmələr apardığı barədə məlumatlar yayıb. Lakin Yaponiyanın hakimiyyət orqanları bu informasiyanı təsdiq etməyib.ABŞ-ın Müdafiə naziri Mark Esper də Asiya-Sakit okean regionunda orta mənzilli raketlərin yerləşdirilməsi niyyətini açıqlayıb.xeber100.com

 

Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub

Fevralın 5-də Londonda Beynəlxalq Avtomobil Federasiyasının (FIA) biryerlik maşınlarında yürüş üzrə direktoru Nikolas Tombasisin və Formula 1-in prezidenti Stefano Domenikalinin sədrliyi ilə Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub. Xarici media xəbər verir ki, iclasda bir sıra məsələlər nəzərdən keçirilib, o cümlədən 2024-cü ildən qüvvəyə minəcək sprintli yürüş uik-endinin yeni formatı təsdiqlənib. Yeni format bu şəkildədir: cümə günü sprintdən əvvəl yeganə məşq və təsnifat. Şənbə günü sprint və yürüşdən əvvəl əsas təsnifat, bazar günü isə yürüş. Bu dəyişikliklər FIA-nın fevralın 28-də keçiriləcək Ümumdünya Şurasında rəsmi şəkildə təsdiqlənməlidir. Komissiyanın iclasında texniki və idman reqlamentlərinə də dəyişikliklər olunub. 2024-2025-ci illərdə bir pilot üçün mövsüm ərzində güc qurğularının sayının artırılaraq dördə çatdırılması təklifi bəyənilib. Eləcə də yürüş zamanı DRS-ni (Drag Reduction System – ön müqavimətin azaldılması sistemi) startdan bir dövrə vurduqdan və yaxud təhlükəsizlik avtomobili trasdan çıxdıqdan sonra restartın ardınca aktivləşdirmək mümkündür. Вundan əvvəl yalnız iki dövrədən sonra DRS-nin istifadəsinə icazə verilirdi. Bundan başqa, Formula 1 Komissiyası 2026-cı ilin reqlamentinə dair bir sıra mövzuları, xüsusən maliyyə və dayanıqlı inkişaf məsələlərini müzakirə edib. 2024-cü il üçün texniki, idman və maliyyə reqlamentlərinə də cüzi dəyişikliklər edilib.xeber100.com

Fevral 6, 2024 14:51

“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 22 “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb. “SpaceX” kompaniyasının məlumatına görə, “Falcon 9” yanvarın 23-də ABŞ-ın Sakit Okean sahilləri vaxtı ilə saat 16:35-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kaliforniya ştatında yerləşən Vandenberq bazasından start götürüb. Daşıyıcı raketin artıq 16-cı dəfədir istifadə olunan birinci pilləsi Sakit okeandakı “Of Course I Still Love You” dəniz platformasına eniş edib. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,7 mindən çox peyk buraxıb. Onların bəziləri sıradan çıxıb, 5,3 mindən çoxu isə işlək vəziyyətdədir. Kompaniyanın layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadə edirlər. Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın kosmik aparat çıxarmaq niyyətindədir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.xeber100.com

Yanvar 24, 2024 11:42