Gözlənildiyi kimi ölkə ərazisindən soyuq atmosfer cəbhəsinin keçməsi nəticəsində hava şəraiti dəyişib. Hazırda respublikanın bir sıra rayonlarında yağış müşahidə olunur. Böyük və Kiçik Qafqazın ayrı-ayrı ərazilərində yağış leysan xarakterli, intensiv və güclü olub. Nəticədə bəzi çaylarda daşqın və sel hadisələri qeydə alınır. Eyni zamanda, bu proses küləkli hava şəraiti ilə səciyyələnir. Xüsusilə də Abşeron yarımadasında küləyin maksimal sürəti saniyədə 28 metrə çatıb. Neft Daşları stansiyasının məlumatına görə, Xəzər dənizi akvatoriyasında dalğanın hündürlüyü 5 metrə qədər yüksəlib. Gözlənilən güclü külək haqqında xəbərdarlıq əvvəlcədən bütün əlaqədar təşkilatlara təqdim olunub.Bunu Azərtac-a Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.Onun sözlərinə görə, qeyri-sabit hava şəraitinin sabah gün ərzində də davam edəcəyi gözlənilir: “Küləyin maksimal sürəti bu gün axşam və gecə saatlarında müşahidə olunacaq. Avqustun 23-ü axşama doğru küləyin sürəti bir qədər azalacaq. Rayonlarda isə yağıntılı hava şəraitinin avqustun 24-dək davam edəcəyi proqnozlaşdırılır. Avqustun 23-də havanın temperaturu bu günə nisbətən daha da enəcək. Paytaxtda maksimal temperatur 20-23 dərəcə intervalında dəyişəcək”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…