Qozun faydaları

10 Fevral 2016 15:19

Xəbər 1181 dəfə oxunub

 

Qoz, müxtəlif vitaminlər və minerallar baxımından o qədər zəngindir ki, bir ovuc yeməyiniz belə sağlamlığınız üçün hər şeyə dəyər.

Səhiyyə üçün mükəmməl qida sayılan qozun faydaları bunlardır:

Daimi olaraq qoz yemək ürək sağlamlığınızı yaxşılaşdırır. Dr. Penny Kris Eterton edilən bir araşdırmadan bəhs edir: “Həftədə dörd gün bir ovuc qoz və ya qoz yağı yesəniz ürək xəstəlikləri riskinizi əhəmiyyətli ölçüdə azaltmış olarsınız “.

Həmçinin bir ovuc qoz və ya 3 yemək qaşığı (51 ml.) qoz yağı qəbul etməyiniz eyni zamanda qan damarlarınızın da 4 saat içində yaxşılaşdığına səbəb olacaq.

Qozun tərkibində olan omega-3 yağ turşuları eyni zamanda xərçəngə, ADHD (diqqət əskikliyi və hiperaktivi pozuqluğu) və depressiyaya qarşı qorunmada olduqca əhəmiyyətlidir.

Qoz xüsusilə də stress qaynaqlı fiziki narahatlıqlar çəkirsinizsə və ya stressli vəziyyətlərə qarşı həssassınızsa, stress səviyyəniz üçün möcüzələr yarada bilər. Qoz, bədənin stress reaksiyasını azaltdığı üçün və stressə bağlı yaranan fiziki yan təsirləri daha asan yox etdiyi üçün, bu vəziyyətlərdə sizə kömək edəcək.

Qoz olan quruluş maddələri, dırnaqlarınızı gücləndirir, saçlarınızın daha parlaq olmasını təmin edir və dərinizi hamarlaşdırır. Yəni qozun tərkibində olan çoxlu doymamış yağ turşuları və omeqa-3 yağ turşuları xarici görünüşünüzdə möcüzələr yaratmaq qabiliyyətinə malikdir.

Qoz olan çoxlu doymamış yağ turşuları, damarların tıxanmasının və doymuş yağların mənfi təsirlərinin qarşısını aldığı üçün, bədənin düzgün işləməsi baxımından həyati əhəmiyyətə malikdir. Qozun tərkibində olan çoxlu doymamış yağ turşuları sağlamlıqsız atıştırmaları azaldır və daha uzun müddət özünüzü tox hiss etməyinizi təmin edir.

Sağlamlıq baxımından bütün bu faydalarına görə qoz gündəlik yeməyinizin bir hissəsi olmalıdır. Qozu istəsəniz salatınıza doğraya, qəlyanaltı olaraq yeyə bilərsiniz.

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05