Budapeşt koronavirus pandemiyası ilə əlaqədar yeni məhdudiyyətlərin tətbiq olunmasını elan edib. Azərtac xəbər verir ki, Baş Nazirin dəftərxana ofisinin rəhbəri Gergey Quyaş bunun “Avropada ikinci koronavirus dalğasının güclənməsi” ilə əlaqədar olduğunu söyləyib. Onun sözlərinə görə, hətta bugünkü COVID-19-a yoluxanların nisbətən yüksək rəqəmləri hələ o dərəcədə həyəcanverici sayıla bilməz, çünki epidemiya yayılmaqda davam edir. Koronavirus infeksiyası daha çox xaricdən yayılır və ən böyük risk onun iqtisadiyyat, iş yerləri və tədris ilinin başlanması üçün yaratdığı təhlükədir.Gergey Quyaş bildirib ki, operativ qrup, həmçinin sərhəd keçidinə dair tövsiyələrini verib. Macarıstan pandemiyanın birinci dalğasında tətbiq olunmuş qaydalarına qayıdır. Bu aydan etibarən əcnəbilər Macarıstana yalnız “zəruri hallarda” daxil ola biləcək. Xaricdən gələn Macarıstan vətəndaşları üçün 14 günlük ev karantini və ya iki mənfi koronavirus testi məcburi olacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…