Misirdə Nümayəndələr Palatasına seçkilər oktyabrın 24-25-də keçiriləcək. Xarici ölkələrdə yaşayan Misir vətəndaşları isə həmin ayın 21-23-də səs verəcəklər.Azərtac xəbər verir ki, bu barədə ölkənin Milli Seçki Komissiyasının (MSK) sədri Ləşin İbrahim keçirdiyi mətbuat konfransında bildirib.Komissiyanın sədri qeyd edib ki, seçkilərin ilkin nəticələri noyabrın 1-də elan ediləcək. Boş qalan yerlərə təkrar seçkilər isə noyabrın 23-24-də keçiriləcək. L.İbrahim ölkə vətəndaşlarını səsvermədə fəal iştirak etməyə çağırıb.MSK-nin sədri bildirib ki, avqustun 19-da parlamentin yuxarı palatasına – Senata keçirilmiş seçkilərin nəticələri elan edilib. Onun sözlərinə görə, səsvermədə 8 milyon 959 seçici iştirak edib və seçici fəallığı 14,23 faiz olub.Misir parlamentinə seçkilərdə 11 siyasi partiya iştirak edəcək. COVID-19 pandemiyası şəraitində keçiriləcək səsvermə zamanı məntəqələrin dezinfeksiyası, seçicilərin sosial məsafəyə riayət etməsi və qoruyucu maskalardan istifadəyə xüsusi diqqət yetiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…