ABŞ-dakı aktiv neft-qaz qazma qurğularının sayı azalıb.Azərtac xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 2 ədəd azalaraq 254 olub. Bu, son 4 ilin minimum göstəricisidir. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 632 ədəd geriləyib.Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı bir ədəd azalaraq 180 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 553 ədəd azalma qeydə alınıb.Aktiv qaz qazma qurğularının sayı da bir ədəd geriləyərək 71 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 82 ədəd azalıb. Üç qazma qurğusu isə müxtəlif təyinatlı olub.Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma – 316-ya düşüb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…