Koronavirusa qarşı peyvəndin hazırlanması üçün aparılan beynəlxalq elmi tədqiqat çərçivəsində Avstriyanın Zaltsburq əyalətində də kliniki sınaqlar aparılacaq.Azərtac xəbər verir ki, bu barədə Zaltsburq əyalət klinikalarının sözçüsü Volfqanq Fürveqer məlumat verib. Qeyd edilib ki, sentyabrın 27-dək 18-55 yaş arasında sağlam şəxslər kliniki sınaqda könüllü iştirak üçün müraciət edə bilərlər.13 aylıq dövrü əhatə edən tədqiqatlar zamanı peyvənd maddəsinin təsir gücü və mümkün yan təsirləri araşdırılacaq. Peyvənd dozası vurulan könüllülər iki həftə nəzarət altında olacaqlar və bu müddətdə peyvəndin təhlükəsizliyi öyrəniləcək. Müddətin sonunda könüllülərin orqanizmində immunitetin səviyyəsi də diqqət mərkəzində olacaq.Bildirilib ki, ABŞ əczaçılıq konsernlərindən birinin təqdim etdiyi peyvənd maddəsi Avstriya ilə yanaşı, ABŞ, Belçika və Fransada da könüllülər üzərində sınaqdan keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…