“Microsoft” korporasiyası tərəfindən dərc edilmiş “Digital Defense Report” adlı illik hesabatda son ildə kibertəhlükəsizlik sahəsində əsas tendensiyalar haqqında məlumat verilib. Şirkətin mütəxəssisləri qeyd ediblər ki, hakerlər öz əməliyyatlarının aşkar edilməsinin qarşısını almaqla yanaşı, daha mürəkkəb maskalanma metodlarından istifadəyə başlayıblar.Azərtac xarici saytlara istinadən xəbər verir ki, bütün kiber hadisələrin təxminən 70 faizi fişinq hücumlarının payına düşüb. Cinayətkarlar müntəzəm olaraq “Microsoft”, “UPS”, “Amazon”, “Apple” və “Zoom” kimi böyük şirkətlərin göndərmələrini təqlid edən elektron məktublar göndəriblər. “Microsoft”un mütəxəssisləri, həmçinin hakerin qurbanın sistemində olduğu orta müddətin azalması (indi bu göstərici təxminən 45 dəqiqə təşkil edir) haqqında bildiriblər. Korporasiya tərəfindən bu yaxınlarda keçirilmiş sorğuya əsasən, informasiya təhlükəsizliyi üzrə direktorların 73 faizi bildirib ki, onların təşkilatı son ildə məxfi məlumatlar da daxil olmaqla məlumat itkisi ilə üzləşiblər.2020-ci ilin birinci yarısında, həmçinin korporativ hesabların ələ keçirilməsinə hədəflənmiş hücumların sayında artım qeydə alınıb. Bu metod çərçivəsində sistematik axtarıb tapma, parol siyahıları və əvvəlki müdaxilələr nəticəsində ələ keçirilmiş qeydiyyat məlumatları istifadə olunur. Fişinq hücumlarının tezliyini, zərərverici proqram təminatının köməyi ilə informasiyanın ələ keçirilməsi və bundan əvvəl ələ keçirilmiş parolların təkrar istifadə tezliyini nəzərə alaraq, istifadəçilərin giriş üçün məlumatları digər təhlükəsizlik metodları ilə kombinasiya etməsi çox vacibdir.Mütəxəssislərin bəyanatına görə, təşkilatlar üçün çoxfaktorlu autentifikasiyanın tətbiq edilməsi artıq zərurətə çevrilib. “Microsoft”un məlumatına görə, ondan istifadə hesablara müdaxiləyə hədəflənmiş bütün hücumların 99 faizinin qarşısını alır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…