COVID-19 xəstəliyinə yeni yoluxmaların sayında azalma qeydə alıb

2 Dekabr 2020 11:07

Xəbər 687 dəfə oxunub

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən həftə sentyabr ayından bəri ilk dəfə olaraq COVID-19 xəstəliyinə yeni yoluxmaların sayında azalma qeydə alıb.Azərtac xəbər verir ki, bu barədə mətbuat konfransında bildirən təşkilatın baş direktoru Tedros Qebreyesus bunu Avropada son həftələrdə koronavirus əleyhinə görülən tədbirlərlə əlaqələndirib.ÜST rəhbəri bununla bağlı əhalini sayıqlığı itirməməyə, səyahətlərdən mümkün qədər imtina etməyə, Yeni il, Milad və digər bayramları dar mühitdə, ev şəraitində keçirməyə çağırıb.“Bayram günləri biz hamımız yaxınlarımızın yanında olmaq istəyirik. Lakin ailə və dostlarla birlikdə olmağa cəhd etməklə biz nə özümüzü, nə də onların həyatını təhlükəyə məruz qoymamalıyıq. Görüşmək barədə qərar qəbul etməklə biz kiməsə təhlükə yaratmamağımıza əmin olmalıyıq”, – deyə ÜST-nin rəhbəri qeyd edib. O, yalnız açıq havada bir araya gəlməyə, fiziki məsafəni saxlamağa, səyahətlərdən, izdihamlı alış-veriş mərkəzlərindən çəkinməyə, zəruri malları mümkün qədər internet vasitəsilə sifariş etməyə, maska taxmağa, dezinfeksiyaedici maddələrdən istifadə etməyə, əlləri tez-tez yumağa çağırıb.“Bütün bu ehtiyat tədbirləri sizə və başqalarına infeksiya riskini minimuma endirməyə kömək edəcək”, – deyə ÜST-nin rəhbəri qeyd edib. O, səbirli olmağı, gələcək üçün planlar qurmağı və yalnız təhlükə sovuşduqda bir araya gəlməyi tövsiyə edib.“Pandemiya, təbii ki, sona çatacaq. Buna biz hamımız öz töhfəmizi verməliyik”, – deyə doktor Tedros bildirib.O qeyd edib ki, ÜST-nin özündə artıq işlənib-hazırlanmaqda olan mövcud vasitələrdən və vaksinlərdən istifadə etməklə pandemiya üzərində qələbə qazanılacağına inanırlar.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05