24 dekabr Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin dünyaya göz açdığı gündür.
İlham Əliyevin keçdiyi həyat yoluna nəzər salsaq görərik ki, 17 illik prezidentliyi dövrün Azərbaycan dünya ölkələrində necə təbliğ olundu, diplomatik danışıqlarda haqqlarımız necə müdafiə olundu. Bir qədər əvvələ qayıdaq…
2003-cü il…Ulu öndər Heydər Əliyev prezident seçkilərindən öncə xalqa müraciətində “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, İlham Əliyev xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcək. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” demişdir. Bu, sadəcə dünyagörmüş bir liderin özündən sonra davaçmçısı olaraq gələn gənc lider haqqında deyilmiş gəlişi gözəl sözlər deyildi, eyni zamanda bir atanın oğluna olan vəsiyyəti idi…
2003-cü il prezident seçkilərində xalqın 76,84 faiz səsini qazanan İlham Əliyev andiçmə mərasimində bildirdi ki, Azərbaycan gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevriləcəkdir: “Neft strategiyasını davam etdirərək, qısa müddət ərzində ölkəmizi hərtərəfli inkişaf etdirəcəyik”.
15 oktyabr 2008-ci il…Prezident seçkilərində xalqın 88,73 səsini qazandı və seçki proqramında qarşıdakı illərdə görüləcək işləri diqqətə çatdırdı. Vədini yenə də tutdu, xalqın etimadını doğrultdu.
Görülən işlər içində, beynəlxalq neft-qaz layihələrinin gerçəkləşməsi, iqtisadi tərəqqiyə görə ölkəmizin dünyada lider dövlətə çevrilməsi, Azərbaycanın Qərb dünyasına inteqrasiyası, xalqın həyat səviyyəsinin yüksəlməsi, torpaqlarımızı işğaldan azad etməyə qadir olan ordu yaradılması, regionlarımızın müasirləşdirilməsi, işsizliyin, yoxsulluğun aradan qaldırılması üçün görülmüş böyük işlər dayanırdı. Görülən işlər çox olsa da, qarşıda həllini gözləyən o qədər işlr var idi ki…
Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq aləmdə təsdiq edilməsi, daha geniş miqyasda dəstəklənməsinə nail olunması, ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi, ölkə neftinin dünya bazarlarına çıxarılmasını nəzərdə tutan neft strategiyasının başa çatdırılması, neft gəlirlərinin iqtisadiyyatın digər sahələrinə yönəldilməsi, milli həmrəyliyin gücləndirilməsi, regionların sosial-iqtisadi inkişafının təmin edilməsi və s. kimi işlər…
Ölkənin uzunmüddətli inkişaf proqramlarını müəyyənləşdirən prezident bütün çıxışlarında deyirdi ki, Azərbaycanda heç bir çadır şəhərciyi qalmamalı, yoxsulluğun minimum səviyyəyə endirilməsi üçün ciddi tədbirlər görülməli, regionların hərtərəfli inkişafı üçün Dövlət proqramları qəbul edilib icrasına başlanılmalı, ölkənin elektrik enerjisi və yanacaq qazı ilə təmin olunmasına dair proqramlar hazırlanmalı, bütün istiqamətlərdə infrastruktur layihələri icra olunmalı, qeyri-neft sektoru inkişaf etdirilməli, əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün digər zəruri tədbirlər görülməlidir və onu da əlavə edirdi ki, biz Azərbaycan xalqı üçün işləyirik. Xalq bizə bu etimadı göstərib və biz də bu etimadı doğrultmalıyıq.
2013-cü il…İlham Əliyev üçüncü dəfə ölkə prezidenti seçildi, ölkə başçısı olaraq tutduğu siyasi yolda eyni xətlə davam etdi, yarlmçıq işləri tamamladı, yeni layihələrə imza atdı…
2018-ci ildə 86,03% səslə dördüncü müddətə Azərbaycan Respublikasının prezidenti seçildi. Eyni ahənglə prezidentlik illərini uğurla davam etdirməyə başladı. İqtisadiyyatın dinamik inkişafı, ölkəmizin beynəlxalq nüfuzunun artması, milli-mənəvi və demokratik dəyərlərimizə ehtiramın güclənməsi, xarici diplomatiyamızın uğurları, qeyri-neft sektorunun yeni inkişaf mərhələsinə qaldırılması, regionlarda yeni sənaye müəssisələrinin, təhsil, səhiyyə, mədəniyyət obyektlərinin istifadəyə verilməsi, böyük həcmdə tikinti-quruculuq işlərinin görülməsi və s. heç də görülən işlərin tam siyahısı deyil. Bu illər ərzində prezidentin gördüyü işlərdən razı qalan Azərbaycan xalqının başqa bir gözləntisi də vardı, Qarabağın işğaldan azad olunması…Sanki düyünə düşmüş torpaq həsrəti yaddan çıxmışdı və ya Qarabağ məsələsi daima arxa planda qalırdı və daha nələr düşüncələrimizə hakim olmağa başlamışdı. Görünən tərəf ümidsizlik vəd edirdi, Azərbaycan inkişaf etdikcə, Qarabağ unudulur… Görünməyən tərəfdə isə siyasi əzmi heç tükənməyən, sarsılmayan, danışıqlar masasında Qarabağı bir an olsun yaddan çıxmağa qoymayan bir LİDER var idi.
2020-ci ilin sentyabr ayında başlayan II Qarabağ Müharibəsi bunun canlı sübutudur. Bu müharibədə müzəffər orumuzun gücü, Ali Baş Komandanın siyasi mövqeyi, sərt çıxışları, dünya liderlərinə səslənərək haqqımıza sahib çıxması, xalqın onun ətrafında birləşməsi nəticəsində daha böyük əzmlə “SAVAŞ” elan etməsi, geriyə baxmadan sadəcə “İRƏLİ” deməsi və nəhayət 44 günlük müharibədən sonra 45-ci gündə QƏLƏBƏ sevincini yaşamaq, Şuşanın azad olunduğu gün xalqa müraciətində “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” deyilən sözlər, bütün bunlar yaxın günlərdə baş verənlərdi…
Azərbaycan Respublikasının Prezidenti olduğu 17-ci ildə o, Qarabağda tarix yazdı, Xalqın səsi, sözü oldu… Həyat davam edir, yol uzun, görüləcək işlər hələ də çoxdur.
Cənab Preziident, Ali Baş Komandanımız, Sizi ad gününüz münasibətilə təbrik edir, “Azərbaycan Xalqı daima sizinlədir” deyirik.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…