2021-ci ildə Özbəkistan iqtisadiyyatına 7,5 milyard dollar birbaşa xarici sərmayə qoyulması nəzərdə tutulur.Azərtac Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə Prezident Şavkat Mirziyoyev keçirdiyi müşavirədə deyib. Müşavirədə bu il əldə edilən uğurlar, 2021-ci ildə Özbəkistana sərmayə qoyuluşu və ticarətin inkişafı sahəsində geniş müzakirələr aparılıb. Dövlət başçısı deyib ki, bu il ölkə iqtisadiyyatına 6,6 milyard dollar sərmayə qoyulub. İlin sonunadək ixraca 15 milyard dollarlıq məhsulun göndərilməsi reallaşacaq.Ş.Mirziyoyev bildirib ki, gələn il Özbəkistanda 226 böyük layihənin həyata keçirilməsi nəzərdə tutulur. 2021-ci ildə 17 milyard dollar ixrac əməliyyatlarının həyata keçirilməsi planlaşdırılır. Yanvarın 1-də xarici tərəfdaşlarla ixrac müqavilələrinin bağlanması ilə bağlı artıq səlahiyyətli orqanlara tapşırıqlar verilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…