Masallı Mərkəzi Rayon Xəstəxanasında Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı əməkdaşlarının iştirakı ilə talassemiya və hemofiliyalı xəstələrə dəstək məqsədilə qanvermə aksiyası keçirilib. Azərtac xəbər verir ki, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların işçiləri, gənclər, ictimaiyyətin nümayəndələri qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu humanist aksiyaya qoşulublar. Xüsusi tibbi briqadanın həkimləri tərəfindən hər bir donorun sağlamlığı əvvəlcədən müəyyən edilib. Humanitar aksiyada 200 nəfərə yaxın könüllü qan verib. Aksiya iştirakçılarından Sədrəddin Abbasov, Səxavət Sadıqova, Səfər İsmayılov, Elağa Rəhimov və başqaları xeyriyyə tədbirinin keçirilməsini təqdirəlayiq hesab etməklə, xəstə insanların heç də cəmiyyətdən kənarda qalmadığını bildiriblər. Toplanan qan nümunələri qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…