Elektron dərsliklərin ictimaiyyət arasında geniş təbliği məqsədilə tələbələrdən ibarət “Təhsil Könüllüləri” mobil qrupu yaradılıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, “Təhsil Könüllüləri” Bakı şəhərində yerləşən məktəblərə səfər edərək şagird və müəllimlərə elektron dərslik portalında qeydiyyat, kitablardan istifadə qaydalarını izah edirlər.
Ötən ilin noyabrından başlayaraq “Təhsil Könüllüləri” mobil qrupu 3 ay ərzində Bakının Səbail, Nəsimi, Nizami, Binəqədi və Nərimanov rayonlarında 104 orta məktəbdə 20 000-dən çox şagirdə və 2 000-dən çox müəllimə elektron dərsliklərin faydaları və istifadə qaydaları ilə bağlı təlim keçiblər. Təqdimatlar fevral ayından Yasamal rayonu ərazisindəki orta məktəblərdə davam etdirilir.
Qeyd edək ki, Təhsil Nazirliyi elektron dərsliklərin müasir təhsil sistemində aktuallığını nəzərə alaraq və bu istiqamətdə fəaliyyətini genişləndirərək 2014-cü ildən www.e-resurs.edu.az elektron dərslik portalını istifadəyə verib.
Portalda yerləşdirilən dərsliklərin sayı hər ay mütəmadi olaraq artırılır. 2015-ci ilin II yarımilində elektron dərslik portalına 48 ədəd elektron dərslik yerləşdirilib. Hazırda portalda I-IV və VI-VIII siniflər üçün Azərbaycan və rus bölmələri üzrə 107 ədəd elektron dərslik var. V və IX-XI sinif dərslikləri isə növbəti mərhələdə, yeni kurikuluma uyğun olaraq çapdan çıxdıqdan sonra elektron formada portala yerləşdiriləcək.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…