Qazaxıstan beş ölkə ilə müntəzəm beynəlxalq uçuşların sayını artırır.Azərtac Qazaxısan Mülki Aviasiya Komitəsinə istinadən bildirir ki, koronavirus infeksiyasının yaranmasının və yayılmasının qarşısının alınması üzrə İdarələrarası Komissiya bir sıra müntəzəm beynəlxalq sərnişin reyslərinin artırılmasına və bərpa olunmasına icazə verib. Bunun da nəticəsində Rusiyaya uçuşların sayı hər iki tərəfdən həftədə üçdən 10 dəfəyə qədər artırılıb.Maldiv adaları istiqamətinə Qazaxıstan hava yolları üçün həftədə yeddi uçuşa icazə verilib. Qırğızıstanın Almatı – Bişkek istiqamətinə həftədə üç, Özbəkistana hər iki tərəfdən həftədə yeddi, Ukraynaya istiqamətinə isə həftədə iki uçuş həyata keçiriləcək.Uçuşlar sanitariya və epidemioloji standartlara tam uyğun olaraq və hava yollarının veb-saytlarında dərc olunmuş cədvələ uyğun həyata keçiriləcəkdir. Bu həftədən etibarən “Aeroflot” Moskvadan Almatıya uçuşları bərpa edəcək və Nur-Sultana uçuşların tezliyini artıracaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…