Sinoptiklər hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar xəbərdarlıq ediblər.Milli Hidrometeorologiya Xidmətindən Azərtac-a verilən məlumata görə, fevralın 17-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Fevralın 17-də axşam və fevralın 18-də yağışın fasilələrlə sulu qara, qara keçəcəyi ehtimal olunur. Şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 15-20, arabir 23-25 metr olacaq, fevralın 17-də axşam, fevralın 18-i gecə və səhər yarımadanın bəzi yerlərində bəzən 28-30 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10° enəcək, fevralın 17-də axşam və fevralın 18-də 0°-yə yaxın olacaq.Fevralın 17-si Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq fevralın 19-u səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv, güclü olacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, sürəti arabir 15-20 metr/saniyə olacaq, ayrı-ayrı yerlərdə bəzən 27-32 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10° enəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı, fevralın 17-də çovğun olacağı bildirilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…