Finlandiyanın turizm sektoru koronavirus pandemiyası səbəbindən çoxmilyardlı itkilərə məruz qalıb.Azərtac Finlandiya İqtisadiyyat və Məşğulluq Nazirliyinin məlumatlarına istinadla xəbər verir ki, 2020-ci ildə ölkənin turizm sektoru 7 milyard avro itirib.Koronavirus pandemiyası və bununla əlaqədar tətbiq olunan məhdudiyyətlərə görə, vətəndaşların Finlandiya daxilindəki səyahət xərcləri 40 faizdən çox azalıb. Ümumilikdə, 2020-ci ildə yerli və xarici turistlər Finlandiyada 9,3 milyard avro xərcləyib ki, bu da 2019-cu ildə istirahət edənlərin xərclədiyi məbləğdən təxminən 7 milyard avro azdır.Ekspertlərin fikrincə, turizm sahəsində belə əhəmiyyətli dərəcədə geriləmənin əsas səbəbi koronavirusun yayılmasının qarşısını almaq məqsədilə Finlandiya, həm də digər ölkələrdə qəbul edilmiş səyahət siyasəti və məhdudlaşdırıcı tədbirlərlə bağlıdır.Nazirlikdən bildiriblər ki, Finlandiyanın turizm sənayesi, həm də xaricdən gələn qonaqların çatışmazlığından itkilərə məruz qalıb. Bununla birlikdə yay aylarını Finlandiyada keçirməyə üstünlük verən turistlərin sayındakı artım, sektorun əsas maliyyə itkilərini müəyyən dərəcədə kompensasiya edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…