Təhsil naziri M.Cabbarov “Miqrasiya və mədəniyyətlərarası əlaqələrin gələcəyi” adlı yay universitetinin keçirilməsi barədə əmr imzalayıb. Təhsil Nazirliyindən Apa-ya verilən xəbərə görə, əmrə əsasən 24 iyul – 7 avqust tarixlərində Bakı və Quba şəhərlərində “Ələddin” layihəsi, Avropa Komissiyası və YUNESKO-nun birgə proqramı olan “Miqrasiya və mədəniyyətlərarası əlaqələrin gələcəyi” adlı yay universiteti keçiriləcək. Elm, ali və orta ixtisas təhsili şöbəsinə tapşırılıb ki, Bakı Slavyan Universiteti və digər ali təhsil müəssisələrindən Azərbaycan reallıqlarının yay universiteti iştirakçılarına çatdırılması üçün zəngin multikultural dəyərlər barədə məlumat vermək məqsədilə mühazirəçiləri cəlb etsin, Beynəlxalq əməkdaşlıq şöbəsi yay universitetinin yüksək səviyyədə keçirilməsi məqsədilə təşkilati məsələləri, Maliyyə şöbəsi təqdim olunmuş sənədlər əsasında yay universitetinin təşkili ilə bağlı müvafiq xərclərin ödənilməsi ilə əlaqədar tədbirlərin görülməsini, İctimaiyyətlə əlaqələr sektoru yay universitetinin gedişatının kütləvi-informasiya vasitələrində işıqlandırılmasını təmin etsin. Əmrin icrasına nəzarət Aparat rəhbərinin müavininə həvalə edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…