İtaliya hökuməti 12-15 yaş arası uşaqlar da daxil olmaqla ölkədə 54,3 milyon nəfəri sentyabr ayına kimi koronavirus əleyhinə peyvənd olunmasını hədəf alıb.Azərtac xəbər verir ki, bu, ölkə əhalisinin 80 faizi deməkdir. Vaksinasiya kampaniyası üzrə məsul hökumət komissarı Françesko Paolo Fiqliuolo bildirib ki, bu məqsədə nail olmaq üçün resurslar, zaman və vəsaitlərdən düzgün istifadə olunmalıdır.Qeyd edilib ki, aktual pandemiya ssenarilərinə əsasən, ölkə sakinləri üçün peyvəndin üçüncü dozasına da ehtiyac yarana bilər. Bu tələbat bir sıra faktorlardan, xüsusilə də epidemioloji vəziyyətin inkişafından asılı olacaq.Koronavirus pandemiyasının Avropada ən ağır zərbələrdən birini vurduğu İtaliyada hazırda vaksinasiya kampaniyası tam sürətlə irəliləyir və ölkə üzrə tətbiq olunan peyvənd dozalarının gündəlik miqdarı 600 mini ötüb. Eyni zamanda, koronavirusa yoluxma halları da azalır və iyunun 7-də yeni yoluxma hallarının sayı 1273 olub. Bu, 15 sentyabr 2020-ci ildən bəri ən aşağı yoluxma göstəricisidir.İyunun 7-dən etibarən İtaliyanın 20 regionundan yeddisi “ağ zona” elan edilib və pandemiya ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər ən aşağı səviyyəyə endirilib. Digər regionlar isə iyunun 21-dək “sarı zona” olaraq qalacaqlar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…