Bakı Dövlət Universiteti (BDU) və Pakistanın Lahor Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumunun imzalanma mərasimi keçirilib.Bu barədə BDU-dan məlumat verilib. Bildirilib ki, onlayn tədbirdə tələbə və müəllim mübadiləsi, tədris prosesinin təşkili və elmi araşdırmalar sahəsində əməkdaşlıq, ikili diplom proqramının yaradılması ilə bağlı müzakirələr aparılıb.BDU-nun rektoru Elçin Babayev 2020-ci ilin Azərbaycan üçün ən əlamətdar tarixlərdən biri olduğunu vurğulayıb. Rektor Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan möhtəşəm Qələbədən və işğaldan azad olunan ərazilərimizdə aparılan quruculuq və bərpa işlərindən danışıb. O, 44 günlük Vətən müharibəsi zamanı Pakistanın Azərbaycanın yanında olduğunu xüsusi vurğulayıb. E.Babayev iki ölkə arasında yüksək səviyyədə münasibətlər olduğunu diqqətə çatdırıb.Müasir dünyada elmin, təhsilin mühüm rolunu qeyd edən E.Babayev imzalanacaq memorandumun əhəmiyyətini vurğulayıb.Tədbir iştirakçılarına bu ilin oktyabrında Bakı Dövlət Universitetində keçiriləcək “Cihazqayırma və tərsinə mühəndisliyin əsasları üzrə 1-ci ICESCO seminarı” və Pakistandan olan əsas məruzəçi-iştirakçılar haqqında məlumat verilib.Lahor Universiteti İdarə Heyətinin sədri Üveys Rauf universitetlər arasında əməkdaşlığın elm və təhsil sahəsində əlaqələrə töhfə verəcəyini bildirib. O, müəllimlərə və tələbələrə təqaüdlərin verilməsi, qarşılıqlı maraq kəsb edən sahələrdə birgə ikili diplom proqramlarının, kursların və tədris proqramlarının, elmi-tədqiqat və texnoloji inkişaf proqramlarının hazırlanması, tələbə, müəllim və elmi işçi mübadiləsi, birgə tədqiqat layihələrində əməkdaşlıq, onlayn kitabxana və digər informasiya resurs mərkəzlərindən istifadə məsələlərinə toxunub, müxtəlif mövzularda seminarlar, simpoziumlar, tematik müzakirələr, konfranslar təşkil etmək və s. istiqamətdə gələcək fəaliyyətin gücləndirilməsinə yönəlmiş birgə səylərin zəruriliyini qeyd edib. Qeyd edək ki, Lahor Universiteti Pakistanın ən böyük ali məktəblərindəndir. Universitetin 5 filialı, 11 fakültəsi və 40 mindən çox tələbəsi var.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…