Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Nyu-Yorkda keçirilən seçkilərində Litva 2022-2024-cü illər üçün BMT İnsan Hüquqları Şurasına üzv seçilib.Litva mətbuatı xəbər verir ki, bu barədə məlumatı ölkənin Xarici İşlər Nazirliyi yayıb.Bildirilib ki, BMT-yə üzv olan 178 ölkə Litvanın üzvlüyünün lehinə səs verib. Qeyd olunub ki, bu vaxta qədər Şuradakı fəaliyyətini müşahidəçi qismində həyata keçirən Litva 2022-ci il yanvarın 1-dən etibarən üç il ərzində ilk dəfə olaraq tamhüquqlu üzv olacaq.Nazirlik qeyd edib ki, Litvanın üzvlük dövrü ərzində prioritetləri əsasən uşaqların və xəstə insanların hüquqlarının müdafiəsinə, insan hüquqları müdafiəçilərinin təhlükəsizliyinə, münaqişə bölgələrində insan hüquqlarının təmin edilməsinə və insan haqlarının pozulması hallarına vaxtında cavab verilməsinə yönəlib. Bundan sonra qadın və qızların hüquqlarının, söz azadlığının, dinc toplaşma və birləşmə, jurnalistlərin təhlükəsizliyi, din və məzhəb azadlığının müdafiəsi üzrə fəal iş davam etdiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…