ABŞ və Rusiya prezidentləri dekabrin 7-də videoəlaqə vasitəsilə danışıqlar aparacaqlar.Bu barədə Reuters agentliyi Ağ evin nümayəndəsinə istinadla məlumat yayıb. Məlumatda qeyd olunur ki, Co Baydenin Rusiya Prezidenti ilə Ukrayna ətrafında vəziyyəti və digər məsələlərin geniş spektrini müzakirə etməsi nəzərdə tutulur. Amerika lideri xüsusən RF-nin Ukrayna sərhədi yaxınlığında hərbi aktivliyindən narahatlığını bəyan etməyi planlaşdırır.Rusiya KİV-ində yayılan xəbərlərə görə, danışıqların vaxtı barədə məlumat Kreml tərəfindən təsdiqlənib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, videozəng axşam saatlarında baş tutacaq və danışıqların nə qədər çəkəcəyini prezidentlər özləri müəyyənləşdirəcəklər. RF Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, liderlər ikitərəfli münasibətlərdəki qeyri-məqbul vəziyyəti müzakirə edəcəklər və beynəlxalq gündəliyin aktual məsələlərinə toxuna bilərlər. Bu sıraya Əfqanıstan, İran, Liviyada vəziyyət və Ukraynadaxili böhran, habelə pandemiya, iqlim dəyişikliyi ilə mübarizə və neft bazarı problemləri daxil ola bilər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…