Dekabrın 8-də İsveçrədə Birləşmiş Federal Məclis yeni federal hökuməti seçib.Xarici işlər naziri İnyasio Kassis bir il müddətinə Federal Prezident seçilib. Federal Məclisdə 197 nümayəndədən 156 nəfər onun lehinə səs veriblər. Vitse-prezident vəzifəsinə isə daxili işlər və səhiyyə naziri Alen Berset seçilib. Hökumətin digər üzvləri isə tutduqları vəzifələri davam etdirdiklərinə görə, həmin postlara seçki keçirilməyib.Qeyd edək ki, 2017-ci ildə Didye Burkhalterin postuna federal hökumətə seçilən İ.Kassis indiyədək xarici işlər naziri vəzifəsini icra edirdi. 60 yaşlı siyasətçinin namizədliyi İsveçrə Liberallar Partiyası tərəfindən irəli sürülüb və bütün parlament partiyaları tərəfindən dəstəklənib. İtalyan kökənli İ.Kassis İsveçrədə doğulsa da, 1976-cı ildə İsveçrə vətəndaşlığını əldə edib.İsveçrədə Federal Prezident reprezentativ status daşıyır və nazirlər kabinetinin iclaslarına sədrlik edir. İ.Kassis vəzifə səlahiyyətlərinin icrasına gələn il yanvarın 1-dən başlayacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…