Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) inzibati və pedaqoji heyət üzvlərinin xarici dilləri bilmək səviyyəsini yüksəltməkdən ötrü xüsusi kursların təşkilinə böyük önəm verilir. Ali təhsil müəssisəsində ingilis və italyan dili kursları öz fəaliyyətini başa çatdırıb. ATMU-nun mətbuat xidmətindən Azərtac-a bildirilir ki, bu günlərdə Bakıdakı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin dəstəyi ilə universitetin inzibati-pedaqoji heyət üzvləri üçün fəaliyyəti 3-5 ay nəzərdə tutulan ərəb dili kursu təşkil olunub. Ərəb dili kursu doktor Əşrəf Əbdülqadir Fərəq Mohamed tərəfindən aparılır. Qeyd edək ki, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən Bakıya dəvət olunan Əşrəf Əbdülqadir Fərəq Mohamed ölkəsinin maliyyə yardımı ilə Bakı Dövlət, ADA, Avrasiya universitetlərində, həmçinin Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində ərəb dilini tədris edir. O, ərəb dili və ədəbiyyatına dair bir sıra məqalələrin müəllifidir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…