Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işsiz və işaxtaran şəxslərin əmək bazarına inteqrasiyası, aztəminatlı ailələr üçün aktiv sosial müdafiə tədbirlərinin təşkili, onların özünüməşğulluğunun təmin edilməsi sahəsində görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Məlumata görə, nazirliyin məşğulluq orqanlarının iştirakı ilə keçən tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov cari ildə dünya iqtisadiyyatında böhranın bir qədər də kəskinləşməsinə baxmayaraq, ölkəmizdə sosial-iqtisadi inkişafın davam etməsinə şərait yaratdığını vurğulayıb. Nazir cari ilin ilk yarımilində iqtisadiyyatın qeyri-neft sektorunda artımın əldə edildiyini, qeyri-neft sənayesində 2,4 faiz, kənd təsərrüfatında 3,1 faiz artımın qeydə alındığını, ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulduğunu, əhalinin gəlirlərinin də əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz çoxaldığını diqqətə çatdırıb. Müşavirədə aktiv məşğulluq tədbirlərinin icra vəziyyəti nəzərdən keçirilərək, aztəminatlı ailələrlə bağlı özünüməşğulluq proqramının praktik icrası sahəsində görüləcək işlər, məşğulluq orqanlarının bu sahədə üzərinə düşən vəzifələr diqqətə çatdırılıb, aidiyyəti üzrə konkret tapşırıqlar verilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…