Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) hazırladığı sosial videoçarxlar iyulun 26-dan başlayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində nümayiş etdiriləcək. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, sağlamlığın qorunması, insanları zərərli vərdişlərdən uzaqlaşdırılması və onlara aktiv həyat tərzinin aşılanması məqsədilə müntəzəm olaraq maarifləndirmə xarakterli tədbirlər həyata keçirən İSİM əhali arasında təbliğat aparmaq üçün hər dəfə yeni imkanlar arayır, müasir innovativ vasitələrdən geniş şəkildə istifadə etməyə çalışır. Bu baxımdan “ASAN xidmət” mərkəzləri ictimai səhiyyə sahəsində təbliğat işi aparmaq üçün ən əlverişli məkandır. Gün ərzində ən çox müraciət olunan “ASAN xidmət” mərkəzlərində tütünçəkmənin zərərləri, düzgün qidalanma, məişət zorakılığı, uşaqların icbari dispanserizasiyası, fiziki aktivlik və sağlam həyat tərzi, qan donorluğunun vacibliyi və digər mövzularda hazırlanmış videoçarxlar əhalinin diqqətini cəlb edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…