“Mercedes-Benz” şirkəti yaxın gələcəkdə Misirdə elektromobil istehsalını həyata keçirəcək. Bu məsələ alman şirkətinin icraçı direktoru Gerd Bitterlix ilə Misirin ticarət və sənaye naziri Nevin Cameanın görüşündə əsas müzakirə mövzusu olub.“Mercedes-Benz”in icraçı direktoru Misirdə məşhur avtomobil brendinin “GLE” və “GLS klass” modellərinin istehsal edildiyi və Süveyş Kanalı Azad İqtisadi Zonasında 20 min kvadratmetr sahəsi olan logistika mərkəzinin açıldığı barədə məlumat verib.O əlavə edib ki, “Nasr” avtomobil şirkəti “Mercedes-Benz”in əsas tərəfdaşıdır və tezliklə elektromobillərin satışına başlanılacaq. Eyni zamanda, 2023-cü ildə elektrik mühərriki ilə işləyən maşınların istehsalı üzrə birgə müəssisə də yaradılacaq və onun məhsulları Yaxın Şərq və Afrika ölkələrinə ixrac ediləcək.Hazırda “Mercedes-Benz”in elektromobillərin satışı üzrə Misirin Qahirə, Giza, İsgəndəriyyə və Hurqada şəhərlərini əhatə edən şəbəkəsi yaradılır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…