Güney Azərbaycan etiraz səsini ucaltdı

27 İyul 2016 15:18

Xəbər 1963 dəfə oxunub

Güney Azərbaycanın Urmiya və Təbriz şəhərlərində azərbaycanlılar izdihamlı aksiyalar keçirib. Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən bir neçə gün əvvəldən gözlənilən etiraz aksiyaları artıq bir neçə saatdır ki, baş tutub və bu dəqiqələrdə davam etməkdədir. Aksiyalarda “Haray, haray, mən türkəm”, “Ölüm olsun farsizmə”, “Azərbaycan milləti, çəkənməz bu zilləti” kimi şüarlar səsləndiriblər. Aksiyaçılar bu günlərdə, İranın “Tərh-i No” adlı qəzetinin 20 iyul tarixli buraxılışında Firdovsinin Şahnamə əsərinin qəhrəmanlarının dili ilə türklərin “bədbəxt”, “irqi pis” kimi təqdim olunmasına etiraz ediblər. Etirazları dəf etmək üçün Urmiya və Təbizdə çoxlu sayda təhlükəsizlik qüvvələri cəlb olunub, saxlanılanlar var. Lakin etirazçılar təhlükəsizlik qüvvələrinə əhəmiyyət vermədən etirazlarına davam edirlər.  Aksiyalar zamanı çoxlu sayda etirazçı saxlanılıb, həbs edilmişdi. Bu günədək həmin etirazlarda iştirak edənlərin həbsi davam etdirilir.xeber100.com

 

Tehran Universitetinin məlumatına görə…

Güney Azərbaycanda Azərbaycan dili və ədəbiyyatı fənni üzrə tədrisə başlanılır. Apa-nın İran bürosunun Tehran Universitetinin məlumatına görə, İranın Təhsil və Qiymətləndirmə Təşkilatı Universitetlərin gələn il qəbul imtahan proqramına Azərbaycan dili və ədəbiyyatı fənnini də əlavə edib. Humanitar fənlər üzrə tələbə qız və oğlanlar 2016-2017-ci il tədris ilində Azərbaycan dili fənni üzrə də təhsil ala biləcəklər. İranın Elm, Təhqiqat və Texnologiya Nazirliyinin icazəsi ilə Azərbaycan dili və ədəbiyyatı fənni universitetlərdə bakalavr pilləsi üzrə tədris olunacaq. Bu fənn ilk dəfə olaraq qəbul imtahanlarında ərəb, fars fənləri ilə yan-yana göstəriləcək. Qeyd edək ki, İran Konstitusiyasının 15 və 19-cu maddələrində ana dilində tədris məsələsi göstərilib, lakin bu iki maddə uzun illər idi ki, icra olunmurdu. Prezident Həsən Ruhaninin hökuməti bu maddələrin icrasına başlayıb. Konstitusiyanın 15-ci maddəsində göstərilir ki, “İran xalqının rəsmi yazı və danışıq dili fars dilidir. Sənədlər, yazışmalar, rəsmi sənədlər və dərsliklər bu dildə olmalıdır. Lakin yerli danışıq dillərindən mətbuatda istifadəsi və məktəblərdə və universitetlərdə fars dili ilə yanaşı həmin dillərin tədrisi azaddır”. Prezident Ruhani hakimiyyətə gəldikdən sonra məktəb və universitetlərdə yerli dillərdə (Azərbaycanca, kürd, bəluç və türkmən) tədrisə icazə verib.xeber100.com

Avqust 14, 2016 22:26

15-ci Yubiley Beynəlxalq “Turizm və Səyahətlər” sərgisi – “AITF 2016”

  “Güney Azərbaycan vilayətləri apreldə Azərbaycan paytaxtı Bakıda keçiriləcək Beynəlxalq Turizm və Səyahətlər Sərgisində iştirak edəcək”. Bu barədə Ərdəbil Vilayəti Mədəni İrs Təşkilatının Turizm üzrə sədr müavini jurnalistlərlə görüşündə məlumat verib. Qadir Tağızadə bildirib ki, aprelin 7-9-da (fərvərdinin 19-21-də) Bakıda keçiriləcək sərgiyə ölkənin şimal vilayətləri qatılacaq. “Planlaşdırmaya görə, sərgidə Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Zəncan vilayətləri ilə yanaşı Araz və Makı azad ticarət məntəqələri də iştirak edə bilər. Adı çəkilən qrupdan bu günə qədər yalnız Şərqi Azərbaycan, Ərdəbil və Makı azad ticarət məntəqəsi sərgiyə qatılacaqlarını elan ediblər”- deyə o qeyd edib. Q.Tağızadə sözlərinin sonunda Bakıda keçiriləcək sərgini, bölgənin turizm potensialını tanıtdırmaq üçün yaxşı bir fürsət kimi qiymətləndirib. Onun sözlərinə görə, bölgənin turizm potensialını əks etdirən braşura, poster, turizm xəritəsi və lövhələr kimi müxtəlif reklam-çap məhsulları Azərbaycan türkcəsində hazırlanacaq. Qeyd edək ki, aprelin 7-9-da Bakıda regionun ən böyük turizm tədbirlərindən biri – 15-ci Yubiley Beynəlxalq “Turizm və Səyahətlər” sərgisi - “AITF 2016” işinə başlayacaq. Hazırda sərginin keçirilməsi üçün hazırlıq işləri aparılır.  

Aprel 6, 2016 12:27

Güney Azərbaycan Qarabağ üçün dəstəyini əsirgəmir

Qarabağda - Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində gedən şiddətli döyüşlər Azərbaycanın Güneyində də böyük narahatlıqla izlənilir. Bir sıra Güney Azərbaycan kəndlərinin sakinləri Qarabağla sərhəd ərazilərə, Arazboyuna çıxaraq əsgərlərimizlə həmrəyliklərini nümayiş etdiriblər. Ordumuzun qələbəsi üçün dualar ediblər. Bu arada Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi bəyanat yayaraq işğal edilmiş topraqlarımızı Güney Azərbaycan xalqının milli məsələsi olaraq gördüklərini açıqlayıblar. Bəyanatda deyilir: - Güney Azərbaycan milli azadlıq hərəkatı xalqımızın bütün milli məsələlərinə göstərdiyi həssasiyəti və üstləndiyi sorumluluğu eyni dərəcədə tarixi və əbədi Azərbaycan toprağı olan Qarabağ üçün göstərməkdədir. Ermənistan və bölgədəki strateji dəstəkçiləri Bütöv Azərbaycan xalqının varlığını hədəf alıbdır. 30 milyon Güney azərbaycanlının vətəndaşı olduğu İran hökumətinin Ermənistanla davam etdiyi dostluq ilişkiləri Güney azərbaycanlılara qarşı apardığı düşmənçilik siyasətinin sənədidir. Güney Azərbaycan xalqının və milli fəallarının davamlı və cəmi etirazlarına baxmayaraq Ermənistanla dostca əlaqələrinə davam edən İran hökumətini insanlıq və millətimiz adına qınayırıq. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi olaraq əziz şəhidlərimizin ailələri və yaxınlarına bütöv Azərbaycan millətinə başsağlığı diləyirik Azərbaycan dövləti ordusu və millətinin yanındayıq və ordumuzun İşğal edilmiş torpaqlarımızı Ermənistan silahlı qüvvələrindən təmizləyəcəyinə inanırıq. Xatırladaq ki, təbrizli gənclər küçələrə çıxaraq "Qarabağ bizimdir, bizim olacaq", "Ölüm olsun erməniyə" şüarları ilə yürüş keçiriblər.  

Aprel 6, 2016 12:06