Azərbaycan Respublikasının Mərkəzi Bankı maliyyə maarifləndirməsi istiqamətində 7-10 yaşlı uşaqlar üçün “Bu günün qənaəti, sabahın təminatı” adlı yay məktəbi təşkil edib. Bankdan Azərtac-a bildirilib ki, yay məktəbi Beynəlxalq Maliyyə Korporasiyası, Azərbaycan Banklar Assosiasiyası, yerli bank və sığorta şirkətinin maliyyə, həmçinin ticarət müəssisəsinin təşkilati dəstəyi ilə baş tutub. Yay məktəbində 20 uşaq iştirak etmək hüququ qazanıb. Yay məktəbinin əsas məqsədi uşaqların pulun tarixi, pul nişanları, büdcə anlayışı və şəxsi büdcənin hazırlanması, qənaət və israf, yığım mövzuları üzrə əyləncəli formada maarifləndirilməsi olub. Mövzuların uşaqlara lazımi səviyyədə çatdırılması məqsədilə sessiyalar interaktiv şəkildə aparılıb, maarifləndirici oyunlar və əyani vəsaitlərlə dəstəklənərək şagirdləri maraqlandıran suallar cavablandırılıb. Sessiyaların sonunda sual-cavab formatlı müsabiqə və yarışlar keçirilib. Yay məktəbində iştirakçılar İçəri Şəhərdəki qədim pul ekspozisiyası və Mərkəzi Bankın xəzinəsinə də ekskursiya ediblər. Sonda iştirakçılara təlim materialları, müxtəlif hədiyyələr və sertifikatlar təqdim edilib. Belə tədbirlərin gələcəkdə də keçirilməsi nəzərdə tutulur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…