Sentyabrın 25-də keçiriləcək növbədənkənar ümumi seçkilərdən öncə İtaliya siyasətində sağ və sol cəbhədə seçki kampaniyaları davam edir.Keçirilən rəy sorğularına əsasən, Giorgia Meloninin rəhbərlik etdiyi ifrat sağçı “İtaliya Qardaşları” Partiyası birinci, Enriko Lettanın rəhbərlik etdiyi mərkəz sol alyans – “Demokrat Partiya” isə ikinci yerdədir.G.Meloni hakimiyyətə gələcəkləri təqdirdə, antidemokratik keçidin və avtoritarizmə qayıdışın olmayacağını, partiyasının NATO və Avropa İttifaqı yönümlü mövqeyinin davamlı olduğunu qeyd edib. E.Letta isə G.Meloninin xarici siyasətdə imicini dəyişmək istədiyini bildirib.Müxtəlif rəy sorğularına görə, “İtaliya Qardaşları” Partiyası 23-25 faiz civarında, “Demokrat Partiya” isə 22-24 faiz səsə malikdir. Sağ mərkəzçi ittifaqda olan “Liqa” partiyası 12-14 faiz, “5 Ulduz Hərəkatı” 9-11 faiz, Silvio Berluskoninin rəhbəri olduğu “İrəli İtaliya” Partiyası isə 7-9 faiz səsə sahibdir.Xatırladaq ki, İtaliyada Mario Draqinin rəhbərlik etdiyi geniş iştiraklı koalisiya hökuməti iyulun 21-də koalisiya tərəfdaşı olan üç partiyanın parlamentdə hökumətə verdiyi dəstəyi geri götürməsi ilə dağılıb. İyulun 22-də Baş nazir M.Draqinin istefasından sonra İtaliya Prezidenti Sercio Mattarella parlamenti buraxıb və 2023-cü ilin ilk aylarında planlaşdırılan seçkilərin bu ilin sentyabrında keçirilməsinə qərar verib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…