BMT dünya ölkələrini yardım etməyə çağırıb

10 Sentyabr 2022 14:54

Xəbər 331 dəfə oxunub

BMT-nin Baş katibi Antonio Quterreş şənbə günü Pakistanın daşqınlardan zərər çəkmiş Sind əyalətinə gedib və dünya ölkələri tərəfindən İslam respublikasına yardım göstərilməsinin vacibliyini qeyd edib.Baş katibin bununla bağlı bəyanatı Geo TV telekanalının efirində yayımlanıb.“BMT-nin Pakistan üçün etdiyi lazım olanın edilməsi fonunda dəryada bir damladır. Biz öz imkan və resurslarımızın məhdud olmasının fərqindəyik. Lakin siz qəti əmin ola bilərsiniz: biz Pakistan xalqı ilə tam həmrəyik”, – deyə Antonio Quterreş vurğulayıb.O, Pakistanda baş verən fəlakət barədə dünya ölkələrinin məlumatlığını artırmaq üçün səy göstərəcəyini bildirib və beynəlxalq ictimaiyyəti İslamabada təcili yardım etməyə çağıraraq deyib: “Bu, səxavətlilik yox, ədalətlilik məsələsidir”.Pakistanın təbii fəlakətlərlə mübarizə üzrə Milli idarəsinin məlumatına əsasən, daşqınlar nəticəsində iyunun ortalarından bəri 1396 nəfər həlak olub, 12 min 728 sakin xəsarət alıb, 1 milyon 743 mindən çox bina zədələnib. Ölkəyə dəyən zərərin miqdarının 10 milyard dollardan xeyli çox olduğu bildirilir.Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan qardaş və dost ölkə olan Pakistana 2 milyon dollar humanitar yardım ayırıb. Pakistan xalqının köməyinə birincilər sırasında çatanlar arasında Türkiyə də var.xeber100.com

Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub

Fevralın 5-də Londonda Beynəlxalq Avtomobil Federasiyasının (FIA) biryerlik maşınlarında yürüş üzrə direktoru Nikolas Tombasisin və Formula 1-in prezidenti Stefano Domenikalinin sədrliyi ilə Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub. Xarici media xəbər verir ki, iclasda bir sıra məsələlər nəzərdən keçirilib, o cümlədən 2024-cü ildən qüvvəyə minəcək sprintli yürüş uik-endinin yeni formatı təsdiqlənib. Yeni format bu şəkildədir: cümə günü sprintdən əvvəl yeganə məşq və təsnifat. Şənbə günü sprint və yürüşdən əvvəl əsas təsnifat, bazar günü isə yürüş. Bu dəyişikliklər FIA-nın fevralın 28-də keçiriləcək Ümumdünya Şurasında rəsmi şəkildə təsdiqlənməlidir. Komissiyanın iclasında texniki və idman reqlamentlərinə də dəyişikliklər olunub. 2024-2025-ci illərdə bir pilot üçün mövsüm ərzində güc qurğularının sayının artırılaraq dördə çatdırılması təklifi bəyənilib. Eləcə də yürüş zamanı DRS-ni (Drag Reduction System – ön müqavimətin azaldılması sistemi) startdan bir dövrə vurduqdan və yaxud təhlükəsizlik avtomobili trasdan çıxdıqdan sonra restartın ardınca aktivləşdirmək mümkündür. Вundan əvvəl yalnız iki dövrədən sonra DRS-nin istifadəsinə icazə verilirdi. Bundan başqa, Formula 1 Komissiyası 2026-cı ilin reqlamentinə dair bir sıra mövzuları, xüsusən maliyyə və dayanıqlı inkişaf məsələlərini müzakirə edib. 2024-cü il üçün texniki, idman və maliyyə reqlamentlərinə də cüzi dəyişikliklər edilib.xeber100.com

Fevral 6, 2024 14:51

“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 22 “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb. “SpaceX” kompaniyasının məlumatına görə, “Falcon 9” yanvarın 23-də ABŞ-ın Sakit Okean sahilləri vaxtı ilə saat 16:35-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kaliforniya ştatında yerləşən Vandenberq bazasından start götürüb. Daşıyıcı raketin artıq 16-cı dəfədir istifadə olunan birinci pilləsi Sakit okeandakı “Of Course I Still Love You” dəniz platformasına eniş edib. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,7 mindən çox peyk buraxıb. Onların bəziləri sıradan çıxıb, 5,3 mindən çoxu isə işlək vəziyyətdədir. Kompaniyanın layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadə edirlər. Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın kosmik aparat çıxarmaq niyyətindədir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.xeber100.com

Yanvar 24, 2024 11:42