Oktyabrın 26-da AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Türk ədəbiyyatının görkəmli nümayəndəsi Nazim Hikmətin anadan olmasının 120 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib.İnstitutdan bildirilib ki, “Nazim Hikmət – 120” mövzusunda keçirilən konfransda Azərbaycan, Türkiyə, Misir və İraqdan alimlər iştirak ediblər.Konfransı AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva açaraq XX əsr dünya ədəbiyyatının böyük şairlərindən olan Nazim Hikmətin təkcə türk xalqının deyil, bütün Şərq xalqlarının poeziyasına misilsiz təsir göstərdiyini deyib. Şeirdə yeni yollar açmış novator sənətkarın özünün romantik ruhlu, coşqun pafoslu, dərin məzmunlu əsərləri ilə müasir türk ədəbiyyatının inkişafına böyük təkan verdiyini söyləyən akademik Gövhər Baxşəliyeva Nazim Hikmətin mübariz ictimai xadim, həm də istedadlı şair, nasir, dramaturq olduğunu deyərək, poeziyanın onun yaradıcılığının ana xəttini, istedadının ən qüvvətli istiqamətini təşkil etdiyini bildirib. Şairin iztirablı həyat yolundan danışan akademik onun yaradıcılığından söz açarkən Azərbaycanla bağlı əsərlərinə xüsusi diqqət çəkib.Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin müdiri dosent Səriyyə Gündoğdu “Çağdaş türk ədəbiyyatı və Nazim Hikmət” mövzusunda məruzə edib. Şairin tək türk poeziyasına deyil, dünya ədəbiyyatına yenilik gətirdiyini deyən S.Gündoğdu bir çox şairlərin bu yeniliyi mənimsədiyini söyləyib. Nazim Hikmətin Şərq ədəbiyyatına təsirindən ətraflı danışan məruzəçi, ilk növbədə, İranda Nazim Hikmətlə bağlı ədəbi fəaliyyətdən, şairin əsərlərini fars dilinə tərcümələrindən, onunla bağlı elmi tədqiqatlardan söz açıb. S.Gündoğdu, həmçinin ərəb şairlərinin Nazim Hikmətdən bəhrələnməsindən bəhs edib, onun ərəblər üçün hər şeydən əvvəl istiqlal şairi olmasını vurğulayıb.AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi dosent Əflatun Baxşəliyev “Nazim Hikmət və Səməd Vurğun”, Şərqşünaslıq İnstitutunun əməkdaşları dosent Barat Osmanova “Nazim Hikmət və onun haqqında ilk tədqiqatlar”, Ülkər Səmədova “Dünya ədəbiyyatında Nazim Hikmət izləri”, Xanım Abdullayeva “Nazim Hikmət şeirlərində milli şüur” mövzusunda məruzə ediblər.Konfrans işini bölmə iclasları ilə davam etdirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…