Türkiyə Cümhuriyyətinin yaranmasının 99-cu ildönümü qeyd olunur. 1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan edib. Türkiyə Respublikasının qurulması türk milləti və bu ölkənin varlığı uğrunda mübarizə aparanlar üçün böyük sınaqlar hesabına başa gəlib. Gerçəkdən Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin çöküşündən sonra Türkiyə Cümhuriyyəti Türk dünyasında ay-ulduzlu bayrağı yüksəldən yeganə məqam oldu. Atatürk Türk xalqlarının XX əsrdə dünyaya verdiyi bir türk dahisidir. Türk adını millətlərin və xalqların demokratiya, hüquqi dövlət və istiqlal xəritəsinə ilk olaraq Azərbaycan Xalq Cümhuriyyəti ilə həkk edildi, ardınca Atatürk bu imzanı əbədi olaraq dünya xəritəsinə yazdı. Doğrudan da, bugünkü Türkiyə varlığına görə göydə Tanrıya yerdə isə Atatürkə borcludur. O, məhv olmaq təhlükəsinə rəğmən, bir Türkiyə Cümhuriyyəti yaratmaqla ümidlərimizin tamamilə yox olmasına dur deyə bilmişdir. O zaman üçün önəmli olan dünyada bir Türk dövlətinin olması idi. Atatürk də çalışırdı ki, həmin zamanın tələblərinə uyğun olaraq Türkiyəni qorusun və yaşatsın. Atatürk sonralar Azərbaycanın Sovet Rusiyasının əlində müstəmləkə halına gəldiyini görərək ürəkağrısı ilə “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kimi ifadə etmişdir. Eyni zamanda, Atatürk bəyan etmişdir ki, bir gün SSRİ dağılacaq və o zaman Türkiyə türkləri dili bir, dini bir, soykökü bir olan Azərbaycandakı türk qardaşlarının yanında olmağa hazır olmalıdırlar: “Millətlər buna necə hazırlanır? Mənəvi körpülərini sağlam ataraq. Dil bir körpüdür. İnanc bir körpüdür. Tarix bir körpüdür. Köklərimizə enməli və olayların böldüyü tariximizin içində bütünləşməliyiz. Onların bizə yaxınlaşmasını gözləməməliyiz. Bizim onlara yaxınlaşmamız gərəkdir”. Mustafa Kamalın bu fikirləri göstərir ki, o, heç zaman türklüyü Türkiyə türklüyü ilə məhdudlaşdırmamışdır, əksinə, ustadı Ziya Gökalp kimi, türklüyü Turan ülküsü kimi daha geniş anlamda götürmüşdür. Bunu Milli Məclis sədrinin müavini Fəzail İbrahimli bildirib. Vurğulanıb ki, 100 il əvvəl Bakının azad olunmasında, Çanaqqala savaşında çiyin-çiyinə duran iki dövlətin bir millətə mənsub qəhrəman əsgərlərin ruhu bu gün Azərbaycanın Zəfər Savaşında Bakı və Ankaranın diplomatik savaşda birgə qələbəsindən şad oldu. Qarabağın azadlığı, həm də gələcək xəyallarımızın gerçəkləşməsi yolunda ümid çırağını yandırmış oldu. Bu qələbə ilə, yüz illərdir bu yolda vətən sağ olsun deyib şəhadət şərbətini içən şəhidlərimizə olan vəfa borcumuzu qaytardıq. Bu qələbə həm də alnımıza vurulmuş namus ləkəsini silib, bizi böyük bir utancdan qurtarmış oldu. Bu arzumuzu gerçəkləşdirən, şəhadət şərbətini içib, qanı ilə Qarabağda zəfər dastanını yazan, müzəffər Azərbaycan Ordusuna alqış deyir və şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirik. Bu Zəfər Türk Dünyasında 100 ildən sonra ikinci yüksəliş dalğası yaratdı.
Diqqətə çatdırılıb ki, vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Bununla da türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti 100 il ərzində dayandırıldı. Artıq bu gün Zəngəzur regionunda Azərbaycan bayrağı dalğalanır. Şərqi Zəngəzur iqtisadi zonasının yaradılması da bu reallığın bariz təcəssümüdür. Eləcə də bu gün Zəngəzur dəhlizinin yaradılması təkcə iqtisadi deyil, həm də böyük siyasi əhəmiyyət daşıyan hadisədir. Prezident İlham Əliyev türkdilli dövlətlər arasında coğrafi bağlılığın bərpa edilməsinə, bütün Türk dünyasının birlik arzusunun reallığa çevrilməsinə misilsiz töhfələr verən Lider olaraq tarix yazmaqdadır. Qarabağ müharibəsi və Zəngəzur dəhlizi layihəsi “Bir kəmər, bir yol” layihəsinin Orta dəhlizini aktuallaşmasından qaynaqlanırdı: Ankara və Bakı geosiyasi dəyişikliyi doğru oxumağı və bu dəyişiklikdə aparıcı oyunçular olmağı bacardı. Bugünkü dünyanın siyasi düzənində Türk Dünyasının yeri və birliyi Atatürk Cümhuriyyətinin layiqli lideri Rəcəb Tayyib Ərdoğan tərəfindən dəqiq ifadə olunmuşdur: “Həm Dağlıq Qarabağ müharibəsi, həm də pandemiya dövründə yaşadıqlarımız hərbidən diplomatiyaya, səhiyyədən kənd təsərrüfatına, turizmdən enerjiyə qədər hər sahədə türk dünyasının birlik, bərabərlik və həmrəyliyinin əhəmiyyətini göstərdi. Eyni dildə danışan, eyni dinə inanan, tarixi bir, mədəniyyəti bir, 300 milyonluq çox böyük bir ailə olduğumuzu təkrar gördük. Qarşıdakı müddətdə bu bağları gücləndirmək, aramızdakı əməkdaşlığı daha da inkişaf etdirməliyik”.
Fəzail İbrahimli bildirib ki, müasir dünya artıq ümumbəşəri dəyərlərlə yaşadığını çox tez-tez bəyan etsə də, reallıq çox zaman bunun əksini göstərir – son illərin beynəlxalq təcrübəsi dönə-dönə sübut etdi ki, milli ehtiraslar dünyanın siyasi xəritəsini dəyişməyə, böyük fəlakətlər törətməyə qabildir. Demokratiya, azadlıqlar, insan hüquqları kimi anlayışlar Qərb cəmiyyətləri üçün əhəmiyyətlidir. Xüsusilə, demokratiyanın beşiyi sayılan Avropa dövlətləri davamlı olaraq başqa ölkələrin demokratiyalarını sərt tənqid edir, hər zaman daha irəli demokratiya tələb edirlər. Avropanın türk dünyasına, özəlliklə müsəlman aləminə olan münasibətini yaxşı bilirik. Qədim və şərəfli bir keçmişi olan, zaman-zaman çətin anlardan ləyaqətlə çıxan qəhrəman millətimiz Türk qürur və şüuru, Türk əxlaq və fəziləti, Türk millətçiliyi, ideologiyası ilə bu durumdan da alnıaçıq, üzüağ çıxacaq. Bu, kеçmişdə bеlə olub, gələcəkdə də bеlə olacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…