Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ali təhsil müəssisələrinin filologiya və jurnalistika fakültələrinin tələbələri arasında “Heydər Əliyev İli” münasibətilə “Heydər Əliyev və gəncliyimiz” adlı esse müsabiqəsi elan edir.Bu barədə Monitorinq Mərkəzindən məlumat verilib. Bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin şərəfli həyat yolu və ictimai fəaliyyətinin öyrənilməsini, təməli Ulu Öndər tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin əsasında yüksək erudisiyaya, geniş dünyagörüşünə, milli düşüncəyə malik gənc nəslin yetişdirilməsini, gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsini və azərbaycançılıq ideologiyasının təbliğini təmin etməkdir. Müsabiqə, həmçinin filologiya və jurnalistika fakültələrində təhsil alan tələbələrdə tədqiqatçılıq bacarığını üzə çıxarmaq, ədəbi dil normalarına riayət etmək və onlarda düzgün yazı vərdişlərini inkişaf etdirmək məqsədi daşıyır.Müsabiqənin şərtlərinə görə yazılar Azərbaycan dilində olmalı, bundan əvvəl dərc edilməməlidir, hər müəllif yalnız bir yazı ilə iştirak etməlidir. Yazının tərtibinə qoyulan tələblərlə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin feysbuk səhifəsində tanış olmaq mümkündür.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…