İspaniyanın Baş naziri Pedro Sançes Kataloniyanın müqəddəratının təyin edilməsi haqqında referendumun olmayacağını deyib. İspaniya mediası xəbər verir ki, Baş nazirin sözlərinə görə, ölkə konstitusiyasında “müəyyən bir ərazinin müstəqillik hüququ” nəzərdə tutulmayıb. Bir müddət öncə Kataloniyanın Baş naziri Pere Araqones gələn il regionun müstəqilliyinə dair referendumun keçirilməsi məsələsində irəliləyiş əldə olunacağına ümid etdiyini bildirib. İspaniyanın Nazirlər Kabineti isə hər zaman Kataloniyanın müstəqilliyi ilə bağlı referendumun əleyhinə çıxıb. Qeyd edək ki, 2017-ci il oktyabrın 1-də Kataloniyada müstəqilliklə bağlı səsvermə keçirilib. Madrid bu referendumu qeyri-qanuni adlandırıb və onun nəticələrini tanımayıb. Həmin il oktyabrın 27-də Kataloniya parlamenti müstəqilik barədə qətnamə qəbul etdikdən sonra İspaniya hakimiyyəti ölkə tarixində ilk dəfə konstitusiyanın 155-ci maddəsini işə salaraq regionun özünüidarə hüququnu məhdudlaşdırıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…