İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İnformasiya Departamenti feysbuk və bəzi rəqəmsal platformalarda təşkilatın Baş katibi Hissein Brahim Tahanın adına açılmış feyk hesablarla bağlı sosial media şəbəkələri istifadəçilərinə müraciət edib. İƏT-in Baş katibliyindən bildiriblər ki, bu hesablar ayrı-ayrı şəxslər tərəfindən təşkilatın istiqamətlərinə uyğun olmayan məqsədlər üçün yaradılıb. Müraciətdə qeyd olunub ki, bununla əlaqədar olaraq, bu saxta hesablar vasitəsilə dostluq xahişi, mesaj və ya müxtəlif məzmunlu bildirişlər alan hər kəs fırıldaqçılıq və ya çaşdırıcı əməliyyatlara məruz qala bilər və bunun qarşısını almaq məqsədilə onların diqqətli olmaları xahiş olunur. İƏT-in Baş katibliyi, həmçinin təşkilatın adından çıxış edən hər hansı qeyri-rəsmi medianın qanunsuz fəaliyyəti ilə bağlı lazımi hüquqi tədbirlərin görülməsi üçün müvafiq orqanlara məlumat verilməsini xahiş edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…