“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri imzalanıb.
İdarədən bildirilib ki, əmrə əsasən, “Heydər Əliyev İli” ilə bağlı forum, konfrans, simpozium, dəyirmi masa, açıq dərs və seminarların, müxtəlif müsabiqələrin, sərgi və festivalların, elm və mədəniyyət xadimlərinin, təhsil işçilərinin, tanınmış ziyalıların iştirakı ilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Həmçinin təhsil müəssisələrində “Heydər Əliyev və azərbaycançılıq ideologiyası” mövzusunda seminarların, “Heydər Əliyev dərsləri”nin təşkili, “Kiçik Akademiya” və “Heydər Əliyev dərsləri”nin iştirakçıları və məzunlarının iştirakı ilə şəhər elmi konfransının keçirilməsi planlaşdırılıb. Bundan əlavə, ümumi təhsil müəssisələrinin şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsi keçiriləcək, Ulu Öndərin irsinin öyrənilməsi məqsədilə məktəblilərin Heydər Əliyev Mərkəzinə ekskursiyaları təşkil olunacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…